Azərbaycan ilə Qətər arasında mədəni əməkdaşlıq əlaqələri müzakirə olunub

Azərbaycan Respublikasının Mədəniyyət Nazirlinin nümayəndə heyəti Qətərin Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında iştirak edib.

Səfər çərçivəsində Qədər Dövlətinin Mədəniyyət Nazirliyində bu ölkənin mədəniyyət naziri Şeyx Əbdülrəhman bin Həməd əl-Tani ilə görüş keçirilib.

Nümayəndə heyətini salamlayan Şeyx Əbdülrəhman bin Həməd əl-Tani iki ölkə arasında mədəni əlaqələrdən söz açıb, münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Bildirilib ki, mədəniyyət və informasiya sahəsində əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur.

Qətərli nazir Azərbaycanda olduğunu, ölkəmizin mədəniyyətini, insanlarını, mətbəxini sevdiyini bildirib. O, iki ölkənin qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin, eləcə də muzey sahəsində təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Nazir Adil Kərimli səmimi qəbula, İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinə göstərilən xüsusi diqqətə və qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Qeyd olunub ki, dövlət başçılarımızın dostluq münasibətləri, digər sahələrdə olduğu kimi, mədəni əlaqələrin də inkişafına zəmin yaradıb.

Görüşdə Qətərin mədəniyyət naziri bu ilin noyabrında Bakıda keçiriləcək beynəlxalq kitab sərgisinə və 2024-cü ildə paytaxtımızda təşkil olunacaq VI Dünya Mədəniyyətlərarası Dialoq Forumuna da dəvət edilib.

Bu il Qətərdə Azərbaycan mədəniyyəti günlərinin keçirilməsinin planlaşdırıldığı və tədbirin təqviminin və proqramının dəqiqləşdirilməsi üzərində iş aparıldığı diqqətə çatdırılıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır