Millət vəkili erməniləri belə susdurdu -VİDEO

“RT ARABİAN” kanalında Azərbaycan, Rusiya və Ermənistan ekspertlərinin iştirakı ilə Qarabağda baş verən hadisələrlə bağlı debat təşkil olunub.

Ulusal.az xəbər verir ki, Milli Məclisin deputatı Cavanşir Feyziyev debatda Qarabağ münaqişəsi ilə bağlı son 30 ildə baş vermiş və hazırda bölgədə baş verən hadisələrlə bağlı ərəb auditoriyasına geniş məlumat verib. Debat zamanı Ermənistan təmsilçisinin söylədiyi yalanlar yerindəcə ifşa olunub. Ermənistanlı ekspertin Qarabağ ərazisini “müstəqil Arsax Respublikası” kimi təqdim etmək cəhdinə mane olaraq bunun heç bir hüquqi əsası olmayan və heç kim tərəfindən tanınmayan qondarma cinayətkar qurum olduğunu tamaşaçıların diqqətinə çatdırıb. Millət vəkili Cavanşir Feyziyev lokal xarakterli anti-terror tədbirlərinin artıq başa catdığını , qondarma qurumun ağ bayraq qaldırdığını və hazırda Qarabağda yaşayan erməni icmasının Azərbaycan cəmiyyətinə reintaqrasiyası ilə bağlı erməni icmasının nümayəndələri ilə görüşlər keçirildiyini bildirib.
Millət vəkili ərazimizdə yaşayan erməniəsilli vətəndaşların bütün hüquqlarının və təhlükəsizliyinin təmin olunmasına Azərbaycan dövləti tərəfindən zəmanət verildiyini də vurğulayıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP

 

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir