Bazarlara laboratoriya brilyantı çıxır, təbiisindən fərq yoxdur-VİDEO

Həmişə məhəbbətin sinonimi sayılan brilyantın qiyməti də bahadır. Lakin laboratoriyalarda yetişdirilən brilyantlar artıq bazara çıxmağa başlayıb. “Pure Grown Diamonds” şirkətindən Kelli Qud: “Tərkib eynidir. Bu, xalis brilyantdır. Fərq yalnız ondadır ki, biri təbii şəraitdə, digəri isə laboratoriya şəraitində ərsəyə gəlib.”

Mütəxəssislər laboratoriya brilyantının mədən brilyantı ilə eyni olduğunu deyirlər. Beynəlxalq Gemoloji İnstitutundan David Vaynşteyn: “Brilyantın müəyyən kimyəvi tərkibi var. Bu baxımdan laboratoriya şəraitində yetişdirilən brilyantla mədən brilyantı eynidir.”

Fərq yalnız ondadır ki, brilyant laboratoriya şəraitində bir neçə aya, təbii şəraitdə minlərlə ilə yetişir. Əslində isə laboratoriyada yetişdirilən brilyantın mədən brilyantından fərqi həm də təmizliyindədir. “Mən brilyanta, yaxud digər kristallara baxanda onların sünı düzəldilmədiyini görürəm. Hər bir daş bizə öz mənşəyindən xəbər verir. Bizim gemoloqlarımızin bundan başı çıxır” deyə, David Vaynşteyn bildirir.

Laboratoriyada yetişdirilən və yavaş-yavaş artan brilyantlar ildə 14 milyard dollar gəlir gətirir. Kelli Qud: “Bizim müştərilərimiz əsasən gənclərdir. Hər nişanlanan gənc hökmən laboratoriyada yetişdirilən brilyant alır. Onlar həm də bunun ətraf mühitə təsirindən razıdırlar. Bu, istixanada yetişdirilib. Bunun karbon tullantısı da azdır.”

Laboratoriyada yetişdirilən brilyant təbii brilyantdan 30-40 faiz ucuzdur. Bazar təhlilçilərinin dediyinə görə, laboratoriya şəraitində yetişdirilən brilyantlar 2020-ci ilə qədər marketin 15 faizdən çoxunu təşkil edəcək (“Amerikanın səsi”).

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır