Azərbaycan və türk mahnıları oxumaq qadağan edilib.

Bakıda yerləşən “Winter Park Hotel Baku”nun restoranında xoşagəlməz hadisə baş verib.

Oxu.Az xəbər verir ki, restoranda Azərbaycan mahnılarını oxumağa qadağa qoyublar.

Belə ki, bu barədə jurnalist Tünzalə Rafiqqızı sosial şəbəkələrdəki hesabında məlumat paylaşıb.

“Dünən bir dostumuzun doğum günü ilə bağlı “Winter Park Hotel Baku”nun restoranında toplanmışdıq. Tədbirin sonunda dostlarımdan Yavər bəy, Xəyal bəy “Karaoke”də Azərbaycan xalq və türk estradasından mahnılar ifa etməyə başladılar.

Hotelin məsul şəxsi gəlib yarıda kəsdi ki, bizdə Azərbaycan və türk mahnıları oxumaq qadağandır”.

T. Rafiqqızı restoranda Azərbaycan mahnılarının qadağan olunma səbəbi ilə maraqlanıb: “Hotelin məsul şəxsi dedi ki, onlar öz konseptlərini belə qurublar. Belə yerlərin turistlərə Azərbaycanımızı necə təbliğ edəcəyinə siz qərar verin artıq”.

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır