Sahib Alıyev: “Qarabağdakı haylar Rusiyanın tam təsiri altındadırlar”

“Moskvadan tam asılı olan və üstəlik də “acından ölənlər”in onun göndərdiyi  yükdən guya imtina etmələri çox ucuz şou təsiri bağışlayır. Maraqldır, öz proksilərini  müstəqil hərəkət edən biriləri kimi gösətərməklə, yəni Paşinyancasına subyektliklərini qabartrmağa çalışmaqla kimi aldadırlar?”

Bunu deputat Sahib Alıyev ermənilərin Rusiyanın göndərdiyi ərzaqdan imtina etməsi ilə bağlı açıqlamasında bildirib.

S.Alıyev qeyd edib ki, Qarabağdakı  haylar əvvəllər 70% Rusiyanın təsiri altında idilərsə, indi tam təsiri altındadırlar. Hətta burada söhbət təsirdən də yox, Paşinyanın terror hədəfinə çevrilməmək üçün rüşvət qismində ayırdığı bir neçə yüz milyon dollar maliyyəni nəzərə almasaq, tam asılılıqdan gedir.

“Rusiyanın Qızıl Xaç Cəmiyyətini Ağdam-Xankəndi marşrutuyla göndərmək istədiyi humanitar yükü  oradakı “miatsum”çuların guya qəbul etmək istəməmləri nə deməkdir?  Kim bilmir ki, o “miatsumçu”ların əksəriyyəti hələ sovet dönəmindən Moskvadakı bəlli struktura bağlı ünsürlərdi. Və kim bilmir ki, hazırda Xankəndindəki xunta həm də Paşinyanın Qarabağ yükündən özünə xətər yetirilmədən qurtamaq üçün yeritdiyi siyasət nəticəsində tam şəkildə Rusiyanın kontrolundadır və onun proksisi kimi çıxış edilər. İndi onları müstəqil hərəkət edən biriləri kimi gösətərməklə, yəni Paşinyancasına subyektliklərini qabartrmağa çalışmaqla kimi aldadırlar. Ağdam-Xankəndi yoluna beton blokun düzülməsi haqda əmrin haradan gəldiyi də axı kimsəyə sirr deyil.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır