Bu rayonlara güclü leysan yağıb

Azərbaycanda faktiki hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, iyulun 26-sı saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Düşən yağıntının miqdarı: Şahdağda 42 mm, Qəbələdə 27 mm, İsmayıllıda 26 mm, Qrızda 25 mm, Oğuzda 16 mm, Göyçay, Gədəbəydə 14 mm, Ordubadda 13 mm, Quba, Tərtərdə 12 mm, Şəkidə 11 mm, Göygöldə 10 mm, Zərdabda 8 mm, Mingəçevir, Daşkəsən, Qusar, İmişli, Gəncə, Ağdam, Yevlax, Naftalan, Şərur, Balakən, Ağsu, Culfa, Sədərək, Şahbuz, Şəmkir, Naxçıvan, Kürdəmir, Sabirabad, Biləsuvar, Qax, Yardımlıda 7 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Külək: İyulun 25-də şimal-qərb küləyi arabir Daşkəsəndə 28 m/s, Naftalanda 27 m/s, Göygöldə 20 m/s, Göyçayda 18 m/s, Biləsuvarda 16 m/s, Şirvanda 15 m/s, Bakıda və Abşeron yarımadasında 25 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.3 metrə çatıb.

Sel: Yağan leysan yağış nəticəsində Daşkəsən rayonu ərazisindən keçən Dəstəfurçaydan sel keçib.

Duman: Naftalan, Şəmkir, Balakən, Sarıbaş, Qrız, Şahdağ, Göyçay, Lerikdə müşahidə olunub.

Havanın maksimal temperaturu: İyulun 25-i Bakıda və Abşeron yarımadasında 28-30° isti, Naxçıvan MR-da 39°-dək isti, aran rayonlarında 32-34° isti, dağlıq rayonlarda 21-24° isti olub.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır