Ceyhun Məmmədov: “Son dövrlər 250 min azərbaycanlının geri dönüşü ilə bağlı davamlı işlər aparırıq”

Qərbi Azərbaycan mövzusu rəsmi Bakının xarici siyasətində prioritet istiqamətlərdən biridir. Tarixi torpaqlarımıza qayıdış məsələsi beynəlxalq müstəvidə ilk dəfə olaraq Azərbaycan və Ermənistan rəhbərlərinin iştirakı ilə Brüsseldə keçirilən üçtərəfli görüşdə qaldırılıb.

İyulun 15-də baş tutan görüşdən sonra mətbuata verilən açıqlamada bildirilib ki, Qərbi Azərbaycan İcması və onların qayıdışı məsələsi müzakirə mövzusu olub. Detallar məlum olmasa da, Azərbaycandan qoparılaraq Ermənistana verilən torpaqlarımıza qayıdış məsələsinin liderlərin görüşündə gündəmə gətirilməsi böyük siyasi əhəmiyyət daşıyır.

Bu barədə Deputat Ceyhun Məmmədov bildirib ki, Qərbi Azərbaycan mövzusunun Brüssel görüşündə müzakirə olunması çox önəmlidir.

“Tarixə baxdıqda görərik ki, çoxlu sayda vətəndaşımız tarixi torpaqlarımızdan deportasiya olunublar. Zəngəzur dəhlizinin keçəcəyi torpaqlardan tutmuş, digər ərazilərdə də azərbaycanlılar yaşayıb. Tarixi faktlar bunu təsdiqləyir. Onu da qeyd edim ki, son dövrlər 250 min azərbaycanlının geri dönüşü ilə bağlı davamlı işlər aparırıq”,- parlamentari deyib.

C.Məmmədov vurğulayb ki, Ermənistan Qərbi Azərbaycanla bağlı müzakirələrdən narahatdır və bu mövzuda danışıqların aparılmasını istəmir:

“Danışıqlar masasında belə bir məsələnin müzakirə olunması çox önəmlidir. Vaxtilə vətəndaşlarımızın yaşadığı yerə indi geri dönmələri bizim üçün vacib məsələdir. Bu gün Ermənistan rəhbərliyi və əhalisi Qarabağda yaşayan ermənilərin hüquqlarından bəhs edirlər və onlara şərait yaradılmasını istəyirlər. Ona görə bizim də haqqımızdır ki, vətəndaşlarımızın öz dədə-baba yurdlarına qayıtmasını təmin edək. Ümumiyyətlə, biz bilirik ki, indiki Ermənistan ərazisi Azərbaycan torpaqlarıdır. Orada bizim qəbiristanlıqlarımız, məscidlərimiz və abidələrimiz dağıdılıb. Belə bir vacib məsələnin Prezident İlham Əliyevin rəhbərliyi ilə masaya gətirilməsi önəmlidir. Əslində Ermənistan belə müzakirənin aparılmasını istəmir. Lakin İlham Əliyevin qətiyyətli mövqeyi nəticəsində Azərbaycan bu məsələnin müzakirəyə çıxarılmasına nail oldu”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır