Deputat: Ölkəmizdə makroiqtisadi sabitliyin qorunub saxlanılması təmin edilib

Vətən müharibəsindən qalib çıxan və regionda yeni reallıqlar yaradan Azərbaycanın qarşısında bir sıra mühüm vəzifələr dayanır. Mövcud geosiyasi reallıqlar fonunda və dünyanın üzləşdiyi qlobal problemlər fonunda bəzi məsələlərin həlli daha qabarıq ortaya çıxır. Daha güclü və qüdrətli olmağımız üçün, ilk növbədə, dayanıqlı inkişafın və qeyri-neft sektorunun inkişafı təmin edilməli, Qarabağın və Şərqi Zəngəzurun bərpası uğurla başa çatdırılmalıdır.

Dövlətimizin qarşısında duran digər mühüm məsələ Ermənistanla münasibətlərin normallaşması istiqamətində sülh sazişinin imzalanmasına nail olmaqdır. Tərəflər arasında danışıqların intensiv xarakter alması müsbət tendensiyaların olduğunu deməyə əsas verir. Vurğulamaq lazımdır ki, danışıqlar prosesində müsbət irəliləyiş Prezident İlham Əliyevin yürütdüyü ardıcıl, prinsipial siyasi xəttinin nəticəsidir. Ermənistanın Qarabağ və anklav kəndlər də daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıması və sərhədlərini qəbul etməsi təbii ki, öz xoşuna deyil, onu buna məcbur ediblər.

Bu fikirləri  Milli Məclisin deputatı Elnur Allahverdiyev söyləyib.

O qeyd edib ki, Prezident İlham Əliyev iyulun 11-də bu ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə mühüm məqamlara toxundu və bəzi məsələlərə aydınlıq gətirib. Qarşıda duran vəzifələrdən danışan dövlətimizin başçısı öz tapşırıq və tövsiyələrini də verib.

Mövcud reallıqlar fonunda Azərbaycanın dünyada ən az xarici borcu olan ölkələr sırasında yer almasını çox müsbət hal kimi dəyərləndirən deputat deyib: “Ölkəmizin 6,7 milyard dollarlıq xarici borcu ÜDM-in 10 faizini təşkil edir. Təbii ki, bu da təsadüfi deyildir. Çünki dövlətimizin başçısı bir neçə il əvvəl xarici borcun azaldılmasını prioritet vəzifə kimi qarşıya qoymuşdu və nəticə özünü çox gözlətmədi. Halbuki, başqa ölkələrin xarici borcu yüz milyardlarla dollarla ölçülür. Bütün sahələrdə olduğu kimi iqtisadiyyatda maliyyə sektorunda nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük sahələrindən büdcəyə daxilolmaların artması, şəffaflığın təmin edilməsi mühüm məsələlərdəndir. Təbii ki, bütün bu amillər dövlət büdcəsinə yenidən baxılmasına, dürüstləşmə aparılmasına imkan verib. Nəticədə rekord həddə olan builki dövlət büdcəsi daha 3 milyard manat artırılaraq 33 milyard manatdan 36 milyard manata kimi yüksəldilib. Altı ildir ki, manatın məzənnəsinin sabit qalması dünya təcrübəsində nadir hadisələrdəndir. Çünki ölkəmizdə makroiqtisadi sabitliyin qorunub saxlanması təmin edilib”.

Elnur Allahverdiyevin sözlərinə görə, dövlətin güclü, iqtisadiyyatın möhkəm və dayanıqlı olması vacib amildir. Ölkənin maliyyə durumunun daha da yaxşılaşması dayanıqlıq üçün yeni imkanlar verir. Ölkədə qeyri-neft sektoru və sektorun sənaye sahəsində müşahidə olunan artım perspektivlər vəd edir. Diqqətəlayiq haldır ki, qeyri-neft sənayesində artım 6,5 faiz, qeyri-neft sektorunda isə 3 faiz təşkil edir.

“Abşeron” qaz-kondensat yatağından çıxarılan ilkin qazın əhəmiyyəti barədə danışan E.Allahverdiyev bildirib ki, artıq Azərbaycanda “Şahdəniz”lə bərabər iki böyük qaz-kondensat yatağı fəaliyyət göstərir. Halbuki, vaxtilə buna şübhə ilə yanaşanlar vardı. Vaxtilə “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarında da neftin az olmasını iddia edənlər indi çox məyusdur. 300 milyard kubmetrdən artıq ehtiyata malik “Abşeron” yatağının istismara verilməsi ölkəmizin enerji potensialının zəif olmadığını sübuta yetirdi.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır