Kolumbiya telekanalında Vətən müharibəsinin yaratdığı yeni reallıqlar barədə süjet yayımlanıb

Bütün Amerika qitəsi üzrə fəaliyyət göstərən Kolumbiyanın aparıcı xəbər telekanalı “NTN24”-də 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar barədə süjet yayımlanıb.

Ölkəmizin Meksikadakı səfirliyindən bildirilib ki, süjetdə 30 ilə yaxın davam edən erməni işğalına Azərbaycan Ordusunun 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində son qoyaraq, dövlətimizin ərazi bütövlüyünü bərpa etdiyi qeyd olunur. Həmin ilin noyabr ayında Rusiyanın vasitəçiliyi ilə atəşkəs haqqında Üçtərəfli Bəyannamənin imzalanmasına baxmayaraq, Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə təxribatlar törətdiyi bildirilir və aparılan sülh danışıqları barədə məlumat verilir.

Eyni zamanda, süjetdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laçın şəhərinə qayıdan əhali ilə görüşündən sitatlara yer verilir və Azərbaycanın güclü tərəf olduğu, danışıqlar masasında və sərhəddə güclü mövqelərə sahib olduğu, o cümlədən Ermənistanın ölkəmizin ərazi bütövlüyünü tanıdıqdan sonra sülh müqaviləsinin imzalanması üçün ciddi maneənin qalmadığı vurğulanır.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir