Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar ABŞ-da tədbir keçirilib

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar ABŞ-dakı səfirliyimiz tərəfindən keçirilən silsilə tədbirlər çərçivəsində iyunun 22-də Vaşinqtonda yerləşən nüfuzlu “Whittemore House” Mədəniyyət Mərkəzində Ulu Öndərin bu ölkəyə səfərlərinə həsr edilmiş “ABŞ xatirələri fotolarda. Möhkəm əlaqələrə zəmin yaradarkən” (“U.S. memories in photos. Laying foundation for strong bonds”) adlı fotoalbomun təqdimatı, fotosərgi və konsert təşkil edilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən səfir Xəzər İbrahim Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin banisi kimi onun uzaqgörən daxili və xarici siyasəti, xüsusilə də ABŞ-Azərbaycan münasibətlərinin əsasının qoyulmasında və inkişaf etdirilməsində əvəzolunmaz fəaliyyəti ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verib. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının qəlbində daimi yaşayacağını və onun Azərbaycana bəxş etdiyi dövlətçilik mirasının əbədi olacağını qeyd edib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP

 

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır