Bakıdan Naxçıvana uçan təyyarələrin gecikmə səbəbi-AÇIQLAMA

Əlverişsiz hava şəraiti “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Naxçıvan istiqamətində uçuşların fəaliyyətinə təsir göstərib.

Bu barədə AZAL məlumat yayıb.

“AZAL sərnişindaşımanın operativ təşkili üzərində fəal işləyir. Təhlükəsizliyin və sərnişinlərə ən yaxşı xidmətin təmin edilməsi istəyini nəzərə alaraq, sərnişinlərin daşınması növbəli şəkildə həyata keçiriləcək. Hazırda iki reysin uçuşu gecikir. Belə ki, 51 sərnişin hoteldə yerləşdirilib, qalanları isə evlərinə getməyə üstünlük verib. Gecə və səhər saatlarında Naxçıvana artıq bir neçə reys həyata keçirilib, digər reyslər cədvələ uyğun olaraq həyata keçiriləcək.

Uçuşların təhlükəsizliyi, sərnişinlərin və ekipaj üzvlərinin rifahı AZAL üçün hər zaman ən yüksək prioritetdir. Bu baxımdan aviaşirkət hər bir sərnişinin təhlükəsizliyini yüksək səviyyədə təmin etməyə çalışır. AZAL Naxçıvanda əlverişsiz hava şəraiti səbəbindən uçuşları gecikmiş sərnişinləri bu vəziyyətlə əlaqədar anlayış göstərib səbirli olmağa çağırır”, – deyə aviaşirkət bəyan edib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır