OPEC-in baş katibi neft-qaz sektorunda sərmayə azlığı ilə bağlı xəbərdarlıq edib

OPEC-in baş katibi Haitam Al Qais bildirib ki, neft-qaz sektoruna kifayət qədər sərmayə qoyulmaması uzunmüddətli perspektivdə bazar dəyişkənliyinə və təhlükənin artmasına səbəb ola bilər. O, həmçinin qeyd edib ki, bir enerji növünü digəri ilə əvəz etməkdənsə, istixana qazı emissiyalarının azaldılmasına diqqət yetirmək daha doğru olardı. “Gələcəkdə qlobal neft-qaz bazarlarında sabitliyi təmin etmək, tədarüklər ilə bağlı problemlərin qarşısını almaq məqsədilə bütün enerji sektorlarına böyük investisiyaların qoyulmasına ehtiyac var”, -deyə baş katib vurğulayıb.

Al Qais Dubayda keçirilən Yaxın Şərq Neft və Qaz Konfransında deyib: “Bu, danılmaz həqiqətdir. OPEC-in hesablamalarına görə, uzunmüddətli perspektivdə artan neft tələbatını qarşılamaq üçün dünyanın 12,1 trilyon dollar investisiyaya ehtiyacı var”.

“FGE Consultancy” firmasının sədri Fereidun Feşaraki isə konfransdakı çıxışında bildirib ki, qlobal neft tələbatının sutkada 8 milyon barel ətrafında artımı ilə dünya tədarük problemi ilə üzləşə bilər, çünki Qərbin Rusiya neftinə qarşı sanksiyaları hasilat artımını məhdudlaşdırır. Onun sözlərinə görə, Rusiya hasilatı sutkada 10-11 milyon barel səviyyəsində saxlaya bilər, lakin tətbiq olunan sanksiyalar fonunda gələcəkdə 2 milyon barel artımın davam etməsi ehtimalı azdır.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır