Avtomobil nömrələri belə hazırlanır – VİDEO

Dövlət qeydiyyat nişanlarının üzərindəki defis işarəsinin pozulmasına görə dövlət nömrə nişanının dəyişdirilməsinə ehtiyac yoxdur.

Bu barədə Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev məlumat verib. Onun sözlərinə görə, Baş Dövlət Yol Polisi İdarəsi müvafiq tapşırıq və avadanlıqlar verməklə, yol polislərinin rayon şöbələrini təlimatlandırıb. Sürücülər bir ay ərzində istənilən rayonun yol polis şöbəsinə, eyni zamanda, Baş DYP İdarəsinə, Bakı şəhər DYP İdarəsinə, stasionar postlarda, hətta yollarda xidmət aparan bəzi patrul avtomobillərinə yaxınlaşaraq, həmin problemi aradan qaldıra bilərlər. Bu zaman heç bir ödəniş tələb edilmir.

Çəkiliş apardığımız zaman da şahidi olduq ki, bir çox avtomobilin nömrə nişanında defis işarəsi ağ rəngdədir. Halbuki, bu, qanunla qadağandır.

Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat İmtahan İdarəsində nömrələrin hazırlandığı otaqda çəkiliş apararkən müəyyən etdik ki, çap prosesində defisin ağ qalması mümkünsüzdür. Çünki nömrənin üzərində hərflər və rəqəmlər yazıldıqdan sonra o, nömrə tanınma cihazından qeydiyyatdan keçirilir. Əgər nömrədə hanısa bir çatışmazlıq varsa, o, cihazda tanınmır.

Onu da qeyd edək ki, yol polisi belə sürücülərə gələn ayın 12-nə qədər vaxt verib ki, avtomobillərinin nömrə nişanını standartlara uyğunlaşdırsınlar. Əks halda 50 manat məbləğində cərimə ediləcəklər.

(Xəzərxəbər.az)

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır