Təhlükəsizlik qaydalarını pozan daha bir obyekt

 “Okean PUB” restoranı Bakı şəhəri, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi, 100 ünvanda yerləşir. İlk baxışda adi restorandır və görüntü olaraq, digər restoranlardan  heç nə ilə fərqlənmir.  Restorana gələn müştərilərə göstərilən  xidmət, təklif olunan təamlar keyfiyyətli və normal ola bilər. Qidaların təhlükəsizliyi qoyulan normalara cavab verə bilər. Lakin bu restoranda heç də bütün norma və qaydaların yerində olmasına dəlalət etmir.
Təhlükəsizlik qaydaları dedikdə, ilk ağıla gələn yanğın zamanı görülən təxirəsalınmaz tədbirlərdir. Bunun üçün obyektlərdə bütün lazımi təchizat qurğuları olmalı və vacibdir.
“Okean PUB” restoran yanğınsöndürən balonlarla tam təmin olunmayıb. Həmçinin obyekt avtomatik yanğın xəbərverici qurğularla tam təchiz edilməyib. Burada elektrik təsərrüfatına profilaktiki baxış keçirilməyib,  taxta konstruksiyaları oda davamlı məhlulla hopdurulmayıb. Hazırda obyektdə propan tipli qaz balonundan istifadə edilir.
Şəkillərdən də göründüyü kimi, obyekt yaşayış binasının yaxınlığında yerləşir. Sadalanan çatışmazlıqlar təkcə restorana gələn müştərilərin, orada çalışan işçi heyətinin deyil, həm də bina sakinlərin həyatına təhlükə yaradır.
İradlarımızı əlaqədar orqanlara çatdırmağı özümüzə borc bildik. Məqsədimiz bu kimi obyekt sahiblərinin cavabdehlik daşıdıqlarını bir daha önə çəkməkdir.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP

 

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır