Xalça Muzeyində növbəti tədbir Ulu Öndərin 100 illiyinə həsr edilib

Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatı tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Biz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik” adlı məktəbin növbəti görüşü Azərbaycan Milli Xalça Muzeyində təşkil olunub.

Xalça Muzeyindən bildirilib ki, gənclərin iştirakı ilə “Milli mədəniyyətimiz Heydər Əliyev ideyalarından güc alır” mövzusunda keçirilən tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, “Azərxalça” ASC-nin istehsalat üzrə direktoru Əlisafa Nuriyev çıxış ediblər.

Görüşə qatılan gənclər üçün ekskursiya təşkil olunub, onlara muzeyin tarixi, fəaliyyəti, kolleksiyaları haqqında ətraflı məlumat verilib.

Sonda qonaqlar Əməkdar rəssam, heykəltəraş Aslan Rüstəmovun iştirakı ilə onun müəllifi olduğu “Xalçanın kosmik poetikası” rəsm əsəri (2020-ci il) əsasında toxunmuş xalçanın qədim ənənələrə uyğun dəzgahdan kəsim mərasimini izləyiblər.

Muzeyimiz müasir rəssamlarla sıx əməkdaşlıq edir və Ənənəvi texnologiya şöbəsində onların əsərləri əsasında müasir xalçalar yaradılır. Əməkdar mədəniyyət işçisi Şirin Məlikovanın ideya müəllifi olduğu “Xalçanın kosmik poetikası” rəsm əsəri əsasında hazırlanmış xalça da məhz belə nümunələrdəndir. Xalçanın kompozisiyası göy cismlərinin stilizə olunmuş təsvirindən ibarətdir. Rəssamın fikrincə, xalçada olan bu təsvirlər yaradıcı şəxsin əhatə olunduğu real həyatdan götürülüb. Ancaq onun təxəyyülünə uyğun bədii stilizasiyaya uğrayıb, gerçəkliyi özündə əks etdirən xüsusi naxış dilinə çevrilib. 8 müxtəlif rəngli yun iplərindən toxunmuş xalçanın texniki eskizinin müəllifi Sevinc Əliyevadır.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır