Bakıda daha bir dəhşətli zorlanma hadisəsi

Biləcəri qəsəbəsində yaşayan 1971-ci il təvəllüdlü Telman Yusubov evlərində anası, 1940-cı il təvəllüdlü Əsmər Yusubova işgəncə verərək zorlayıb. Anası xəstə və qoca olduğu üçün ona müqavimət göstərə bilməyib və içkili olan T.Yusubov bundan istifadə edərək anasını döyüb. O, anasına qarşı xüsusi amansızlıqla davranaraq başından dəfələrlə və sillə yumruqla vurub, sifətində zədələr əmələ gətirib. Nəticədə Ə.Yusubovanın gözünə qan sızıb, beyni silkələnib.
T.Yusubov daha sonra 77 yaşlı anasını yerə yıxaraq alt paltarını cırıb və lüt soyunduraraq onu qeyri-təbbi yolla zorlayıb.
Telman Yusubov bundan başqa sexdən təkər oğurlmağa görə də ittiham edirilir.
O, istintaqa ifadəsində deyib ki, psixi problemləri var və içki qəbul edəndə özündə olmur: “Uşaq vaxtından bəri 4 saylı ruhi əsəb poliklinikasında qeydiyyatdayam, orada da müalicə olunmuşam. Hazırda da xəstəyəm, içki içəndə huşum başımdan çıxır, nə hərəkət etdiyimi bilmirəm. Anam ilə son vaxtlar münasibətlərimiz yaxşı deyil, tez-tez aramızda münaqişə olurdu. Həmin gün də qəsəbədə mağazadan araq alıb başıma çəkdim. Sərxoş olduğum üçün anama nə etdiyim, hansı səbəbdən etdiyim yadmda deyil. Mənim həm də yaddaş pozğunluğum var derə konkret bir şey deyə bilmirəm. Xahiş edirəm mənim ruhi əsəb xəstəliyindən müalicə olunmağıma kömək edəsiniz”.
Təqsirləndirilən T.Yusubov qeyd edib ki, bundan öncə də dəfələrlə məhkum olunub. Belə ki, 1996-cı ildə 5 il azadlıqdan məhrum edilib. 2003-cü ildə narkotika görə 1 il 6 ay, 2009-cu ildə oğurluğa görə 4 il cəza alıb. 2013-cü ilin mayında azadlığa çıxıb, o vaxtdan da 202 saylı marşrut avtobusunda sürücü işləyib. Həmin müddətdə də Biləcəridə anası ilə tək yaşayıb.
T.Yusubov 2016-cı ildə Dağıstanda yaşayan Zəminə Yusubova ilə evlənib, qadın orada qaldığı üçün tez-tez Dərbəndə gedib gəlib.
Ə.Yusubovanı kimin zorlanması onun gecə köynəyindən götürülən spermadan sübut olunub. Ekspertiza nəticəsində spermanın Ə.Yusubovanın oğluna məxsus olması müəyyənləşdirilib.
Zorlanmaya məruz qalan Əsmər Yusubova da əvvəllər məhkumluq həyatı yaşayıb.
  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır