Restoranlar ilk növbədə müştərinin təhlükəsizliyini təmin etməlidir

Bakı şəhərində yerləşən Bermuda Lounge restoranı ilk baxışda gözəl və rahat görünür. Şəhərin Əbdüləzəl Dəmirçizadə küçəsi 7 ünvanda yerləşən restoranın müştərilərə təklif etdiyi yeməklərlə və göstərilən xidmətlərlə işimiz yoxdur. Bu barədə ora üz tutan müştərilərin hərəsinin öz obyektiv və subyektiv fikri ola bilər və bunu onların ixtiyarına veririk.

Lakin məsələ təkcə təklif olunan yemək-içməklə, göstərilən xidmətlə bitməməlidir. Burada təhlükəsizlik amilinə də nəzər salıb, çatışmazlıqlara diqqət yetirilmək hamımızın vətəndaş borcu, vətəndaş mövqeyi olmalıdır.

Təhlükəsizlik qaydalarını sadəcə söz xatirinə qeyd etmədik. Belə ki, adı çəkilən restoranda elektrik naqilləri, hər hansi bir təhlükədən xəbər verən siqnalizasiya xətləri, təxliyyə yolları, yanğın zamanı istifadə olunacaq balonların yararsızlığı, otaqların yanğın təhlükəsizliyinə uyğun saxlanılmaması göz önündədir. Restoran 2 mərtəbəlidir. Zirzəmisi var. Çox ehtimal ki, zirzəmi daha da acınacaqlı vəziyyətdədir. Bütün bu hallar restoranda təhlükəsizliyin bərbad vəzikyyətdə olduğunu göstərir.

Müşahidə etdiyimiz bu hallarla məşğul olan və cavabdeh qurumları vəziyyətlə tanış edirik ki, gələcəkdə ola biləcək hər hansı bir hadisənin qarşısı vaxtında alınsın və kimsə zərər görməsin.

Yazımızın sonunda isə, bizi maraqlandıran bir suala cavab istərdik. Görəsən bu obyektin istismarı aidiyyəti orqanlarla razılaşdırılıbmi?

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP

 

 

 

 

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır