Zəngəzura uzanan Ağbənd-Horadiz dəmiryolu körpüsündə işlər uğurla icra olunur

Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirmə və tikinti işlərinə Prezident İlham Əliyevin 2021-ci il 13 mart tarixli Sərəncamı ilə başlanılıb. Fevralın 14-dən təməli qoyulan Horadiz-Ağbənd dəmir yolunun tikinti işləri 3 mərhələdə davam etməklə yanaşı, paralel olaraq ərazinin minalardan təmizlənməsi prosesi də aparılır. Dəmir yolunun uzunluğu ox üzrə 110,4 kilometr, yan yollarla birlikdə isə 140,6 kilometrdir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin tikintiyə nəzarət idarəsinin rəhbəri Tural Abbaslı bildirib ki, Horadiz-Ağbənd dəmir yolunun birinci mərhələsi 30 kilometrlik ərazidə aparılmaqla, Horadiz, Mərcanlı, Mahmudlu və Soltanlı stansiyalarını əhatə edir. Burada işlər 90 faiz tamamlanıb. İkinci mərhələ Soltanlı, Qumlaq, Həkəri və Mincivan stansiyalarını əhatə edir və 30 kilometrdən 85 kilometrə qədər ərazidə həyata keçirilən 35 faiz işlər uğurla başa çatıb. Mincivandan başlayaraq Bartaz-Ağbənd stansiyalarını əhatə edəcək üçüncü mərhələ də daxil olmaqla, layihə üzrə tikinti işlərinin il ərzində yekunlaşdırılması nəzərdə tutulur.

“Bu qədər qısa zamanda üçüncü istiqamətdə layihələndirmə işlərində 78 faiz, tikinti üzrə isə 38 faiz müvəffəqiyyət qazanmışıq”, – deyə o əlavə edib.

Layihə 9 stansiyanı (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd) əhatə edir. Burada 469 ədəd mühəndis qurğusu – 41 körpü, 22 avtomobil keçidi, 3 tunel, 2 qalereya, 4 heyvan keçidi, 253 suötürücü boru və 144 ehtiyat keçidi, 70 yoldəyişən, 110,4 kilometr rabitə və işarəvermə sisteminin inşası nəzərdə tutulub.

Horadiz-Ağbənd dəmir yolu xəttinin Həkəri çayı üzərindən keçən hissəsində uzunluğu 418 metr olan 13 aşırımlı körpü Azərbaycanda ən uzun dəmir yolu körpüsüdür. Layihənin tərkib hissəsinə daxil olan bu körpü Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əhəmiyyətini daha da artıracaq.

Süni qurğularla iş mühəndisi Hüseyn Hüseynli burada işləməkdən məmnun olduğunu dilə gətirib: “1995-ci ildə doğulmağıma baxmayaraq, bu torpaqlarda özümü çox doğma hiss edirəm. Bir ildir ki, bu layihədə yer almışam və gənc nəslin nümayəndəsi olaraq Vətənə borcumu bu formada yerinə yetirdiyim üçün çox qürurluyam”.

Onu da qeyd edək ki, dəmir yolu xəttinin ətrafında minatəmizləmə işləri tamamlanıb, genişlənmələr tələb olunan yerlərdə isə işlər davam edir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır