Cənub Qaz Dəhlizi layihəsinə digər dövlətlər də qatılacaq

Azərbaycandan Avropaya əlavə qaz ixracı üçün həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsinə Bolqarıstandan başqa Rumıniya, Macarıstan, Slovakiya və Avstriyada qoşulacaq.

Bu barədə Bolqarıstan Prezidenti Rumen Radev deyib.

Türkiyənin enerji naziri Fatih Dönməz ilə görüşən Bolqarıstan Prezidenti onu da nəzərə çatdırıb ki, az sərmayə hesabına Azərbaycan qazını Avropaya çatdırmaq mümkün olacaq. Türkiyə ilə Azərbaycanın Avropaya təbii qaz ixracı sahəsində əməkdaşlığı qitənin enerji təhlükəsizliyində mühüm rol oynayacaq.

Azərbaycan qazının Balkan dövlətlərinə nəql olunması üçün 5 milyard kubmetr ötürücülük imkanına malik İon-Adriatik qaz kəmərinin tikintisi nəzərdə tutulub. Bu kəmər Trans-Adriatik qaz kəmərinin davamı olacaq. Azərbaycan qazı Trans-Adriatik qaz kəməri vasitəsilə Albaniyaya nəql edildikdən sonra digər Balkan ölkələrinə çatdırılması üçün İon-Adriatik kəməri inşa ediləcək. İon-Adriatik qaz kəməri Trans-Adriatik qaz kəməri ilə məhz Albaniya ərazisində birləşəcək. İki qaz kəməri birləşdikdən sonra Azərbaycan qazı Xorvatiya, Monteneqro, Bosniya və Herseqovinaya çatdırılacaq. Dəyəri 620 milyon avro olan bu kəmərin tikintisi haqqında razılaşma 2007-ci ildə imzalanıb və 2025-ci ilə kimi tikilib başa çatdırılması nəzərdə tutulub.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır