“Ağıllı” üzük kimyəvi və bioloji təhlükələri aşkarlayacaq

San Dieqo Kaliforniya Universitetinin tədqiqatçıları istifadəçinin yaxınlığındakı kimyəvi və bioloji təhlükələri aşkarlayan “ağıllı” üzük yaradıblar.  Üzük iki əsas hissədən ibarətdir. Qurğunun elektrokimyəvi qapağı konkret birləşmələrin müəyyənləşdirilməsinə xidmət edir. Onun altında isə qurğunun əsas elektronikasının quraşdırıldığı montaj platası yerləşir. Plata əldə edilən məlumatları emal edərək onları simsiz şəbəkə vasitəsilə istifadəçinin smartfon və ya kompüterinə göndərir.

Tədqiqatçıların sözlərinə görə, voltametrik və xronoampermetrik ölçmələr aparan üzük geniş spektrli təhlükələr aşkarlamaq qabiliyyətinə malikdir. Lakin hazırda alimlərin yaratdıqları prototip formasında olan üzük partlayıcı maddələrin və orqanofosfat maddələrin həm buxarlı, həm də maye fazasında aşkarlanması üçün optimallaşdırılıb.

Üzüyün yaradılması zamanı alimlər belə qənaətə gəlib ki, funksional daşınan qurğular insanların estetik tələblərinə cavab verəcəyi təqdirdə böyük fayda verəcək. Məhz bu səbəbdən onlar üzük formasında sensor yaradaraq onu dəbə uyğun etməyə çalışıblar. “ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən xəbər verir.

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır