BDU-nun Jurnalistika fakültəsində Türkiyənin tanınmış media mütəxəssisi Bahadır Avşarla görüş

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində TRT-nin sosial media və xəbər mütəxəssisi, Türkiyənin tanınmış media araşdırmaçısı Bahadır Avşarla görüş olub.

Bu barədə  BDU-dan məlumat verilib.

Görüşdə fakültənin dekanı Vüqar Əliyev yüksəkixtisaslı mütəxəssislərin hazırlanması ilə bağlı fikirlərini bildirib. Dekan, eyni zamanda, görüşün məqsədi barədə məlumat verib.

Bahadır Avşar jurnalistikanın tarixi, nəzəriyyəsi və müasir vəziyyətindən danışıb, xəbərçiliyin əsasları, yeni media, sosial media, internet televiziya kanallarının iş prinsipləri haqqında tələbələri məlumatlandırıb.

Görüş Jurnalistika fakültəsi ilə AzTV-nin Teleradio Akademiyası arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində reallaşdırılıb.

Qeyd edək ki, rəqəmsal diplomatiya sahəsində doktorluq dərəcəsi almış Bahadır Avşar uzun illər Türkiyədə bir sıra dövlət qurumlarında media və ictimaiyyətlə əlaqələr üzrə çalışıb. O, 2015-ci ildən TRT-nin Baş katibliyində araşdırmaçı kimi fəaliyyət göstərir və jurnalistikanın müxtəlif istiqamətləri üzrə təlimlər təşkil edir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır