Mədəniyyət ocaqlarında 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbirlər keçirilir

Azərbaycanın bir sıra mədəniyyət ocaqlarında 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbirlər keçirilir.

Anım Günü ilə əlaqədar Akademik Milli Dram Teatrında dövlət sifarişi ilə “Zəfər yolu” tamaşası hazırlanıb. Səhnə əsəri sentyabrın 23, 24 və 25-də nümayiş olunub. Həmçinin bu gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Vətən müharibəsinə həsr olunan “Bir nəfəs qədər” tamaşası təqdim ediləcək. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində anım günü ilə bağlı “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbirlə yanaşı, eyni zamanda, Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində müharibənin qısa tarixi, şəhidlik zirvəsinə ucalanları tanımaq və anmaq məqsədilə müharibənin canlı şahidləri olan qazilərin və şəhid ailələrinin iştirakı ilə “Qəhrəmanımızı tanı!” adlı tədbir keçiriləcək.

Səməd Vurğunun ev-muzeyində də keçirilməsi nəzərdə tutulan “44 günlük Vətən müharibəsi…” adlı tədbir və qəhrəmanlarımıza həsr olunan onlayn sərgi bu sıralamaya aid edilir. Abdulla Şaiqin mənzil-muzeyində anım günü ilə bağlı “Zəfərə aparan yol” adlı tədbir və Nəriman Nərimanovun xatirə muzeyində “44 günlük zəfər tariximiz” adlı sərgi, eləcə də “Açıq qapı” təşkil olunacaq.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır