Türk Dövlətləri Təşkilatı Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştiraka hazırdır – Baş katib

Türk Dövlətləri Təşkilatı Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirak etməyə hazırdır.

Olaylar.az  bildirir ki, bunu Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev Qarabağ regionunun bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznes Forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində bu forumda iştirak etmək türkdilli dövlətlər üçün böyük şərəfdir.

“Mən dəfələrlə səfərim zamanı həm dövlət başçısı, həm də nazirliklər səviyyəsində işğaldan azad edilmiş ərazilərin bərpası sahəsində əməkdaşlığımızı müzakirə etmişəm. Bu gün keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara qayıdışı üçün çox böyük işlərin icra edildiyini görürük. Biz həmçinin Azərbaycanın bu əraziləri necə fəal və sürətlə bərpa etdiyini görməkdən məmnunuq və bu işlərdə iştirak etməkdə maraqlıyıq”, – deyə B.Amreyev bildirib.

Həmçinin, baş katibin sözlərinə görə, Zəngəzur dəhlizinin açılması region ölkələri arasında əməkdaşlıq üçün böyük potensiala malikdir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır