Xalça altına süpürülən problem

Aysel  Oğuz

Bu yaxınlarda mediada yayılan bir açıqlama  diqqətimi çəkdi. Təhsil işçilərinin  birgə keçirdiyi konfransda 9-cu siniflərin buraxılış imtahanında şagirdlərin iki fənn, yəni riyaziyyat və ingilis dili  üzrə yaxşı nəticə göstərmədikləri məlum olub.Ən zəif göstəricilər Sabunçu, Qaradağ, Xəzər və Pirallahı rayonları üzrə müşahidə edilib və nazirliyin bundan sonraki fəaliyyətində məhz bu dörd rayona mövcüd problemin həlli üzrə diqqət ayrılacağı bildirilib.

Düşünürəm ki, bu iki fəndən ayağı axsaq qalan təkcə bu dörd rayon deyil, respublika məktəblərinin 95 faizidir. Nədənsə bu problem artıq bir neçə ildır ki,  sadəcə xalça altına süpürülüb  bir kənara qoyulur.

Yazıda daha çox ingilis dili fənnindən söz açacam ki, digər fəndən danışmağa oxşar aspektlər olduğu üçün ehtiyac görmürəm. Öz təcrübələrimə əsaslanaraq, bir neçə təhsil ocağında oxuyub bu nəticəyə gəldim ki,  Azərbaycanda ingilis və digər fəndən dərs deyən müəllimlərin öyrətmə metodu tamamilə yanlışdır. Bu yanlış metodika yolundan daha çox orta və yaşlı nəsil müəllimləri istifadə edir. Əgər söhbət konkret ingilis dilindən gedirsə, dili mənimsəmək üçün praktikanın olması mütləqdir.Yəni söz bazasından, qrammatikadan savayı dili mütləq praktikadan keçirib işlək vəziyyətə gətirmək lazımdır.Yəni müəllim şagirdlə onun oxuduğu sektora uyğun dildə yox, məhz tədris etdiyi, özünü “ingilis dili müəllimi” kimi təqdim etdiyi dildə danışmalıdır. Amma məsələ bununla da bitmir. Araşdırmalar göstərir ki, məktəblilərə dili və yaxud da hər hansısa bir digər fənni əyləncəli şəkildə keçməklə, həmin şagirdin materialı qavrama qabiliyyəti qat-qat artır. Təəssüf ki, bizim bəzi müəllimlər əyləncəli dərs keçmək yerinə yalnız dərs boyu qışqırmaqla, kənar söhbətlər edərək 45 dəqiqəsini çox səmərəsiz şəkildə başa vurub, yola verirlər. Hələ verdiyi materialı öyrənməyən şagirdindən küsən müəllimləri demirəm…

Əyləncə demişkən universitet illərində anladım ki, bizə 11 ildə demək olar ki, xarici dil dərsindən heç nə keçilməyib. Fərqi görün.Universitetdə oxuduğum illərdə fakültəmizdə dərs deyən müəllimlərimizin hərəsinin öz metodikası var idi və hərəsinin bizə öz faydası dəyirdi.Təbii ki, səbirsizliklə ən çox gözlədiyimiz dərs əyləncəli keçən dərslər idi. Burada tələbəni müəllim danlamırdı, oxumağa məcbur etmirdi.Hər şeyi buraxırdı tələbənin öz öhdəsinə.Yəni, müəllim dərsin səmərəli, əyləncəli keçməsi üçün əlindən gələni edir, qalan şeyləri isə buraxırdı tələbənin öz öhdəsinə.

Oxuduğum təhsil ocaqlarında 11 il ərzində bir dəfə belə olsun ingilis dili müəllimlərin ingilis dilində danışdıqlarının  şahidi olmadım. Bu bilirsiz sanki nəyə bənzəyir?  Rus dili müəlliminin  Azərbaycan dilində dərs keçməsinə…Qəribəsi də odur ki, bütün müəllimlərin bir metodikası var idi: hansısa mənasız bir mətni ev tapşırığı kimi  əzbərlətdirmək və həmin mətndən bizə məlum olmayan sözləri soruşmaq idi. Halbuki həmin müəllimlər onu da gözdən qaçırırdı ki, ingilis dilindən rus və ya azərbaycan dilinə sözü öyrəndikdə sözlər yadda qalmır və bunun hər zaman əksini etmək mütləq idi.

İmtahan nəticələrindən də belə görünür ki, heç kimə lazım olmayan əzbərçilik metodikası ənənəsi hələ də davam edir və hələ də o müəllimlər ingilis dilində əsas işlək olan 12 növ zamanı başa salıb qurtara bilmir…Məgər təhsil qurumlarında çalışan ekspertlər şagirdlərin xarici dil səviyyəsinin illərlə aşağı olmasının səbəbini açmaqda bu qədər çətinlik çəkir?

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır