Bakıda AZƏRTAC-ın xüsusi müxbirinin özbək dilinə tərcümə və çap etdirdiyi kitabların təqdimatı keçirilib

 

Oktyabrın 12-də Beynəlxalq Mətbuat Mərkəzində AZƏRTAC-ın Orta Asiya və Pakistan üzrə xüsusi müxbiri Qulu Kəngərlinin Daşkənddə Azərbaycan şair və yazıçılarının, alimlərinin özbək dilinə tərcümə və çap etdirdiyi kitabların təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Əməkdar Jurnalist Tahir Aydınoğlu Qulu Kəngərlinin keçdiyi həyat yoluna və yaradıcılığına nəzər salıb.

Bildirib ki, Azərbaycanın beynəlxalq jurnalistikasında öz dəst-xətti ilə seçilən Q.Kəngərli peşəkar media mənsublarından biri kimi bu sahədə uzun illərdir fəaliyyət göstərir. O, jurnalist kimi bir çox ilklərə imza atıb. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına böyük əmək sərf edib. Qulu Kəngərli həm də yaradıcı insandır. Onun zəhməti hesabına Azərbaycan ədiblərinin əsərləri Daşkənddə özbək dilində çap olunub. Beləliklə, bu dildə 17 kitab işıq üzü görüb. Bu nəşrlərin tərtibçisi kimi onun əməyi böyükdür. Bu işlərin, sözsüz ki, reallığa çevrilməsində Q.Kəngərlinin çalışdığı AZƏRTAC-ın da böyük rolu var.

Qeyd edilib ki, Qulu Kəngərli 1990-cı il 20 Yanvar faciəsindən sonra “Şəhidlər”, “Şəhidlər-2” bukletlərini çap etdirib. 1991-ci ildə Azərbaycan və rus dillərində “Qanlı Yanvar şəhidləri” kitabı işıq üzü görüb. Bundan sonra “Erməni lobbisi: Azərbaycan faciəsi”, “Qanlı şənbəyə gedən yol” kitabları çap olunub. 1991-ci ildə onun ssenarisi əsasında 20 Yanvar faciəsindən bəhs edən “Bakıda insan ovu” sənədli filmi çəkilib. Diqqətə çatdırılıb ki, Özbəkistanda yaşadığı ilk günlərdən azərbaycanlıların Orta Asiya və Qazaxıstana sürgün edilməsi ilə əlaqədar materiallar yazıb və Daşkənddə onun ssenarisi əsasında “Sürgün” sənədli filmi çəkilib. Hazırda Orta Asiyada yaşayan tanınmış azərbaycanlıların həyatı və fəaliyyəti ilə bağlı kitab üzərində işləyir.

Tədbirdə çıxış edən Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov Q.Kəngərlinin gördüyü işləri yüksək qiymətləndirib. Onun özbək dilinə tərcümə etdirdiyi kitablar Azərbaycanın tanınması baxımından müstəsna rol oynayır.

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır