MŞ Azərbaycan mediasının dövlət sərhəddində yaşanan gərginliklə bağlı məsələləri işıqlandırmasını diqqətdə saxlayır

“Azərbaycan Mətbuat Şurası Azərbaycan mediasının Ermənistan-Azərbaycan dövlət sərhəddində yaşanan gərginliklə bağlı məsələləri işıqlandırmasını diqqətdə saxlamaqdadır”.

“OLAYLAR” xəbər verir ki, bu fikirləri Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov səsləndirib. O bildirib ki, hiss etdiyimiz və gördüyümüz qədərilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi də öz növbəsində cəmiyyətin məlumatlandırılmasını kifayət qədər operativ həyata keçirməkdədir:

“Qurum Ermənistan KİV-ləri  və sosial media seqmenti tərəfindən dövriyyəyə buraxılan dezinformasiyalara dərhal reaksiya verir. Bu, cəmiyyətimizin yanlış  məlumatlandırılmasının qarşısının alınması baxımından son dərəcə mühüm hərəkətlilikdir.  Müdafiə Nazirliyi ölkə KİV-lərinə və sosial şəbəkə istifadəçilərinə də müraciət ünvanlayaraq rəsmi mənbələrə istinadın mütləq zəruriliyini diqqətə çatdırıb”.

MŞ sədri qeyd edib ki, informasiya bolluğu şəraitində Azərbaycan mediası üçün işləmək də asan olacaq:

“Hər bir halda ehtiyatı əldən verməmək, düşmənin məkrli planlarına bilməyərəkdən olsa belə alət olmamaq şərtdir. Hesab edirik ki, Azərbaycan jurnalistləri bunu yetərincə ciddi dərk edir. Bir daha həmkarlarımızı həssas davranmağa, yalnız rəsmi mənbələrə istinad etməyə, habelə əldə olunmuş bilgilərin informasiya dəyərini yoxlamağa çağırırıq. Unutmayaq ki, ölkə və xalq üçün müstəsna əhəmiyyət kəsb edən vəziyyətlərdə hər kəsin öz işinə məsuliyyətlə yanaşması ümumi maraqlara ən ali xidmət nümunəsidir.  Uca Tanrı Ordumuzu, Vətənimizi qorusun!”

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır