FHN-in elmi-tədqiqat institutu və NEBOSH təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nazarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu (AzDƏMTTETİ) və “National Examination Board for Occupational Safety and Health” (Əməyin Təhlükəsizliyi və Sağlamlığı üzrə Milli İmtahan Şurası – NEBOSH) təşkilatı arasında Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Nazirlikdən “Olaylar”a bildirilib ki, Memorandum AzDƏMTTETİ-nin direktoru Məmməd Bağır-zadə və NEBOSH-un Birləşmiş Krallıq və Avrasiya üzrə biznes inkişafı meneceri Christian Hopper tərəfindən imzalanıb. AzDƏMTTETİ və NEBOSH arasında imzalanan Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu iki qurum arasında bərabərlik və qarşılıqlı fayda prinsipləri nəzərə alınmaqla, bilik və təcrübə mübadiləsi, birgə təlim və seminarların təşkili yolu ilə potensialın gücləndirilməsi, habelə müvafiq funksiyalar üzrə əməkdaşlığın genişləndirilməsi məqsədini daşıyır. Bunun həyata keçirilməsi üçün tərəflərin nümayəndələrindən ibarət birgə işçi qrupunun yaradılması qərara alınıb.

Bundan əlavə, Memorandumun imzalanma mərasimində NEBOSH kvalifikasiya təlimlərinin və imtahanın Azərbaycan dilində təşkili məsələsi də müzakirə edilib. Qeyd edək ki, NEBOSH sağlamlıq, təhlükəsizlik və ətraf mühit üzrə kvalifikasiyalar təqdim edən aparıcı qlobal təşkilatdır. Belə ki, təşkilat tərəfindən təqdim edilən və beynəlxalq səviyyədə qəbul olunan kvalifikasiyalar iş yerində bütün səviyyələrdə əməyin mühafizəsi və ətraf mühit üzrə mütəxəssislərin, eləcə də fərdlərin səriştəsini artırmağa kömək edir. Fəaliyyətə başladığı 1979-cu ildən bəri dünyada 400.000-dən çox mütəxəssis NEBOSH kvalifikasiyalarını qazanıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir