Nəslin üz qarasına çevrilən məmur qızı

Ötən gün Bakıda qadınların da üzv olduğu quldur dəstəsi saxlanılıb.

Bakıxanov qəsəbəsində Xalq artisti Valeh Kərimov və Əməkdar artist Loğman Kərimovun qardaşı Əflatun Kərimovun evinə basqın edən qrupun üzvü olan qadınların xarici görkəmi, onların bu tip cinayətdə iştirak etməsi müzakirələrə səbəb olub.

Polis tərəfindən saxlanılan dəstə üzvlərinin həm də narkotik asılılığından əziyyət çəkdikləri bəlli olub. Cinayətdə şübhəli bilinərək tutulan şəxslərdən biri olan Jalə Mahmudova barəsində isə onu tanıyanlar maraqlı fikirlər bölüşüblər.

Məlum olub ki, bir neçə ay əvvəl sosial şəbəkədə narkomanlarla bağlı verilişdə Jalə Mahmudova haqqında da reportaj yayımlanıb. O, müsahibəsində narkotikə ilk dəfə həyat yoldaşı tərəfindən öyrədildiyini bildirib və ərindən ayrıldıqdan sonra 65-70 yaşlı başqa kişinin onda narkotik asılılığı yaratdığını deyib:

“Mən ziyalı ailəsində böyümüşəm, atam dövlət qulluqçusu, anam müəllim idi. Hər zaman mənə dəstək olublar. Amma görəndə ki, bu yola düşmüşəm, nəslin üz qarasına çevrildim”.

J. Mahmudovanın keçmiş iş yoldaşı V.Q. bildirib ki, o daha əvvəl taksi şirkətində çalışıb:

“Jalə bizdə işləyən zaman boşanmış qadın idi və bir övladı vardı. Boşanmış qadınların əksəriyyətinə cəmiyyətdə necə mənfi reaksiya olduğunu görürük.Ona görə belə işləməyi, sosial həyatı olması gözəl idi. Çalışqan və işinə məsuliyyətlə yanaşırdı.Özünün şəxsi maşını vardı, yüksək əməkhaqqı alırdı. Bir müddət sonra işdən çıxdı. Bir gün mənə keçmiş iş yoldaşım video göndərdi. Dedi, bax gör bu videoda danışan qadını tanıyırsan? Mən səsindən birinə bənzətdim, amma tam olaraq kim olduğunu bilmədim. O, mənə “Jalədir” deyəndə şok keçirdim. Çünki belə çalışqan, işi və normal həyatı olan biri necə belə bir zəhərin qurbanı ola bilərdi. Üzünü gizlətmişdilər deyə mən də heç nə yazmamışdım. İndi isə narkotikə görə quldurluq edib həbs olundu”.

Qeyd edək ki, quldurluq hadisəsi aldatma yolu ilə törədilib. Ə.Kərimovun qapısını döyən qadın ona qonşu olduğunu deyərək açmasını bildirib. Xalq artistinin qardaşı qapını açdıqda dəhlizdə gizlənmiş 2 kişi mənzilə basqın edərək onu döyüb və pul tələb ediblər.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

 

 

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır