Hacı Məmmədovun xəstəlik diaqnozu

Daxili İşlər Nazirliyinin (DİN) keçmiş polkovniki, çoxsaylı sifarişli qətllər, adam oğurluqları, quldurluq kimi cinayətlər törətmiş dəstənin başçısı Hacı Məmmədovun saxlanma yeri ilə bağlı müəmmalar dolaşmaqdadır. O, hazırda 3 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.  Saytımıza verilən məlumatda qeyd edilir ki, H.Məmmədov 2016-cı ilin aprelində səhhətindəki problemlə bağlı 11 il saxlanıldığı hazırkı Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) istintaq təcridxanasından Penitensiar Xidmətin Binə qəsəbəsindəki İxtisaslaşdırılmış Müalicə müəssisəsinə köçürülüb. Ona ağciyər xəstəliyi ilə bağlı diaqnoz qoyulub.

Müalicəsi bitdikdən sonra 3 saylı cəzaçəkmə müəssisəsinə gətirilib və hazırda orada saxlanılır. Məlumatda deyilir ki, KİV-lərdə 3 saylı cəzaçəkmə müəssisəsi işgəncə məkanı kimi təqdim olunsa da, Beynəlxalq Qırmızı Xaç Komitəsinin dəstəyi ilə dünyada vərəmli məhkumların müalicəsində 1-ci yeri tutan müəssisə sırasına çıxıb. Qanuna əsasən, ömürlük məhbus vərəm xəstəsidirsə, hətta sağalıbsa belə, həmin müəssisədə saxlanıla bilər. Məsələ ilə bağlı Penitensiar Xidmətin (PX) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov bildirib ki, qanun cəza çəkən məhkumların saxlanma yeri və PX daxilində hərəkəti barədə KİV-də məlumatların verilməsini cəzanı icra edən orqana qəti qadağan edir: “Hətta buna görə inzibati məsuliyyət də nəzərdə tutulub. Bu barədə məlumat yalnız məhkumun öz razılığı ilə ailə üzvlərinə və vəkilinə verilir. Həmin şəxslərin istəyinə əsasən, bu barədə məlumat ictimailəşir”. Modern.az

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır