Ukraynada itkin düşən azərbaycanlı polis və ailəsi tapılıb- FOTOLAR

Ukraynada itkin düşən azərbaycanlı polis Ruslan Musayev və ailəsi tapılıb.

Bu barədə R.Musayevin qohumu məlumat verib.

O qeyd edib ki, R.Musayev bir neçə gün əvvəl doğmaları ilə əlaqə saxlayaraq ailəsinin sağ-salamat olduğunu bildirib. Ukraynanın hüquq-mühafizə orqanlarının azərbaycanlı əməkdaşı hər şeyin qaydasında olduğunu qeyd edib.

Ruslan Musayev bununla belə hərbi zərurət baxımından harada olduğunu açıqlamayıb.

Qeyd edək ki, Ukraynanın Mariupol şəhərində yaşayan azərbaycanlı ailəsi ilə birlikdə martda itkin düşmüşdü və qohumları bir neçə ay idi onlarla əlaqə saxlaya bilmirdi.

Yaxınları Ruslan Musayevlə sonuncu dəfə martın 1-də əlaqə saxlamışdılar. Həmin gündən sonra o, həyat yoldaşı Alyona Musayeva və azyaşlı oğlu Dəmir Musayev barədə məlumat yox idi.

Qeyd edək ki, R.Musayev Mariupol şəhərinin Polis İdarəsinin zabitidir. O, polisdəki nümunəvi xidmətləri ilə dəfələrlə fərqlənib və mükafatlar alıb.

R.Musayevin atası da Ukrayna polisində çalışıb və hazırda təqaüddədir. Ruslanın atası Xudat Musayev Berdyansk şəhərindədir. Eyni zamanda Ruslanın bacısı Kristina da hazırda polisdə çalışır. Martın əvvəllərində Kristina ilə də əlaqə itsə də, həmin ayın sonlarında onunla əlaqə saxlamaq mümkün olub.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

 

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır