İrəvanda ölənlərin sayı artdı, 17 nəfər itkindir – YENİLƏNİB

Ermənistanın paytaxtı İrəvanda “Sürməli” ticarət mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hazırda itkin düşən 17 nəfərin axtarışları davam etdirilir.

***

Ötən gün Ermənistanın paytaxtı İrəvanda “Sürməli” ticarət mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Bildirilib ki, hadisə zamanı 61 nəfər xəsarət alıb, bundan əlavə, 17 nəfər itkin düşüb.

***

İrəvanın “Sürməli” ticarət mərkəzində baş verən partlayış nəticəsində dağıntılar altında qalan daha bir nəfərin meyiti çıxarılıb.

Meyiti tapılan şəxsin qadın olduğu bildirilir. Beləliklə, ölənlərin sayı 3 nəfərə çatıb. Hadisə nəticəsində 61 nəfər isə xəsarət alıb.

***

19:49

İrəvanın “Sürməli” ticarət mərkəzində baş verən partlayış nəticəsində dağıntılar altında qalan bir qadının meyiti çıxarılıb.

Bildirilib ki, partlayış zamanı xəsarət alanların sayı 57 nəfərə çatıb, 2 nəfər isə həyatını itirib.

Bundan əvvəl hadisə nəticəsində 40-45 yaşlı bir kişinin öldüyü açıqlanmışdı. Xəsarət alan 57 nəfərdən 36-nın vəziyyətinin orta-ağır olduğu qeyd edilib.

***

17:57

İrəvanda “Sürməli” ticarət mərkəzində baş verən yanğın nəticəsində xəsarət alanların sayı 51 nəfərə çatıb.

Hadisə zamanı ölən şəxsin kimliyi hələlik müəyyənləşməyib.

***

Ermənistanın paytaxtı İrəvanın “Sürməli” ticarət mərkəzində baş verən partlayış zamanı 1 nəfər ölüb, xəsarət alanıların sayı 34 nəfərə çatıb.

***

İrəvanın “Sürməli” ticarət mərkəzində baş vermiş partlayış zamanı 1 nəfər ölüb, xəsarət alanların sayı 30 nəfərə çatıb.

Hazırda partlayış yerində yanğınsöndürmə və axtarış işləri aparılır.

Məlumata görə, dağıntılar altında xeyli insan qalıb. Onların arasında ölənlərin ola biləcəyi ehtimal edilir.

Qeyd edək ki, bu gün İrəvanda “Surmalu” ticarət mərkəzində yanğınla müşayiət olunan partlayış baş verib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır