Küveyt mətbuatında Azərbaycanın Londondakı səfirliyinə hücumla bağlı materiallar dərc olunub

Küveyt mətbuatında avqustun 4-də radikal dini qrup üzvləri tərəfindən Azərbaycanın Londondakı səfirliyinə edilən hücumla bağlı materiallar dərc olunub.

Küveytin “Dasman” və “Nabd” qəzetlərində Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin binasına qarşı törədilən təcavüz aktı ilə bağlı bəyanatı yayımlanıb.

Küveyt KİV-ləri, həmçinin bu vandalizm aktını pisləyən “Dasman” qəzeti redaksiyasının mövqeyinin və Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin rəhbəri Fuad Hüseynzadənin fikirlərinin əks olunduğu “Azərbaycan bu cür təxribatların qarşısını layiqincə ala bilən, ərazi bütövlüyünü və milli təhlükəsizliyini qorumaq iqtidarında olan bir ölkədir” sərlövhəli məqalə dərc edib. Küveyt ictimaiyyətinin diqqətinə çatdırılıb ki, ictimai-siyasi sabitliyin və tərəqqinin olduğu ölkəmizin uğurları düşmən qüvvələri narahat edir. Onlar Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı Qələbəni həzm edə bilmir və buna görə də ölkəmizə qarşı təcavüzkar planlar həyata keçirməyə çalışır, müxtəlif təxribatlara əl atırlar. Londondakı səfirliyimizə qarşı törədilmiş barbarlıq aktı 53 maddədən ibarət Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının birbaşa pozulmasıdır.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü təmin etmiş müstəqil dövlətdir və istər daxildə, istərsə də xaricdə Azərbaycana qarşı təxribatlar törədənlər çirkin məqsədlərinə nail ola bilməyəcəklər”, -deyə sonda vurğulanıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Azərin Türkiyədə əməliyyat olundu

    Xalq artisti Azərin Türkiyədə əməliyyat edilib. Bu barədə o, instaqram səhifəsində paylaşım edib. “Həyat bir imtahandır və hər birimiz bəlli zamanlarda bu imtahanlardan keçirik. Yaşadığım ciddi sağlamlıq problemlərinə görə çətin…

    Abbas Əraqçi Bakıya GƏLDİ

    İranın xarici işlər naziri Abbas Əraqçinin Azərbaycana səfəri başlayıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda diplomatı Azərbaycan Respublikasının İrandakı səfiri Əli Əlizadə və İranın Bakıdakı səfirliyinin əməkdaşları qarşılayıblar. DİQQƏT! Şikayət və təklifləriniz,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır