“Reket” jurnalistlərin hamısı ifşa edilməlidir – Deputat

“Yeni qəbul edilən “Media haqqında qanun”da medianın bir çox sahələri müvafiq maddələrlə tənzimlənir. O cümlədən, “reket”lik, hədə-qorxu ilə pul tələb etmə kimi addımlarla bağlı cəzalar nəzərdə tutulub”.

Bu sözləri jurnalistikada “reketçiliklə” mübarizə haqqında danışan deputat Vüqar İsgəndərov deyib. O qeyd edib ki, əvvəlki illərdə bu sahədə, həqiqətən, problemlər mövcud idi:

“Bir çox məmurlar kiçik və orta ranqlı məmurlara qarşı “raketçilik”lə məşğul olan insanları istifadə edirdilər. Həmin şəxslər rayonlarda bütün idarə müəssisələrə ezamiyyələr edir, cürbəcür vəsiqələr göstərib, məmurları qorxudaraq, onlardan pul tələb edirdilər. Hətta çəkilişlər, səsyazmaları və s. ilə təhdid edirdilər. Bunların bir çoxu ilə müvafiq orqanlar mübarizə aparırlar. Dəfələrlə belə “jurnalistlər”in həbs edildiyini, bu sahədən uzaqlaşdırıldığını müşahidə etmişik.

Media sahəsində hələ də belə insanlara rast gəlinir. Düşünürəm ki, burada qanunun sərtliyinə böyük ehtiyac var. Çünki jurnalistika sahəsi müqəddəs peşədir, jurnalistlər cəmiyyəti irəli aparan aydınlardır. Bu insanların təbii ki, həyat fəaliyyəti şəffaf olmalı, onlar sözün əsl mənasında öncüllük statusunu saxlamalıdırlar”.

 

Deputat qeyd edib ki, son illərdə sosial şəbəkələrin də cəmiyyətə böyük təsirləri var:

“Klavyatura arxasında özünü jurnalist, ekspert hesab edən insanlar var və onlar cəmiyyətdə baş verən hadisələrə öz şərhlərini verirlər. İnsanlar bu sahədə azaddırlar, fikirlərini söyləməlidirlər. Amma bir çox şəxslər bunları qərəzli edir, hansısa qruplara, insanlara, hətta dövlətlərə belə xidmət edirlər.  Hüquq-mühafizə orqanları bu insanlarla məşğuldur. Dəfələrlə prokurorluğa, polisə dəvət olunurlar.

Hesab edirəm ki, “reket” jurnalistika ilə mübarizəni həm qanun, həm cəmiyyət özü tənzimləməlidir. Məsələyə bir tərəfli baxmaq olmaz. Qanunun müvafiq maddələri işləməlidir. Bağışlanma olmamalıdır. Cəmiyyət də burada iştirak edir. Zamanla, vaxt keçdikcə, bu məsələdə özü-özünü tənzimləmə prosesi gedəcək. Qeyri-ciddi fəaliyyətlə məşğul olan şəxslərə və media orqanlarına heç kim inanmayacaq, onların qanunsuz əməllərinə göz yummayacaq. Qanuni tənzimləməyə uyğun hər kəs müraciət edib, belə şəxsləri ifşa edəcək”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır