İran Zəngəzur planını işə salır

İranın Qafanda konsulluq açmaq istəyi bu il reallaşa bilər: şəhərin meri Gevorq Parsyan bu istiqamətdə işlərin getdiyini açıqlayıb.

Olaylar xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlı deyib  ki,  Qafanda, ümumiyyətlə Qərbi Zəngəzurda İran vətəndaşlarının yaşamamasına rəğmən, Tehranın konsulluq planının iki mümkün hədəfi var:

“Birincisi, iqtisadi məsələlərdir: konsulluq planı Gorus-Qafan yolunun Azərbaycanın suveren ərazisin düşən hissəsində məlum hadisələrdən sonra gündəmə gəldi və İran Qafanda açmaq istədiyi konsulluq üzərindən gələcəkdə yarana biləcək “problemlərə” yerində müdaxilə etmək niyyətindədir;

İkincisi və ən əsas Zəngəzurda mövcudluq məsələsidir: 44 günlük müharibədən sonrakı reallıqlar, xüsusilə dəhliz məsələsi Zəngəzurun qərbini geosiyasi mübarizə coğrafiyalarından birinə çevirib və burada təkcə Bakı-Ankara ikilisinin yox, ABŞ və Rusiyanın da öz maraqları var;

– Vaşinqton bölgəyə Ermənistandakı səfirliyi vasitəsilə təsir etməyə çalışır, qrant layihələri, “erməni abidələrinin” qorunması və digər bu kimi “yumşaq güc” siyasətini tətbiq edir;

– Moskva dəhlizdə “təhlükəsizliyə nəzarət” və Gümrüdəki hərbi kontingentin bir hissəsinin köçürülməsi ilə bölgədəki rıçaqlarını möhkəmləndirir;
– Bakı-Ankara ikilisi Zəngəzur dəhlizinin açılması, eləcə də bölgəyə kapital yatırmaq perspektivi üzərindən hərəkət edir;

Tehran prosesdən geri qalmaq istəmir, konsulluq da Qərbi Zəngəzurda mövcudluq planının bir hissəsidir. Və belə görünür ki, İran bu bölgədə hansısa formada iştirakçı olmadan əl çəkməyəcək. Çünki Zəngəzur təkcə Cənubi Qafqaz yox, həm də Avrasiyadakı geosiyasi planlarda yer alır. Hələ ötən ilin aprelində Zəngəzurun regionda yeni gərginlik ocağı olacağı perspektivindən yazmışdıq.”

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff İsrail və Qətər arasında münasibətlərin normallaşdırılması məqsədilə iki ölkənin nümayəndələri arasında Nyu-Yorkda gizli görüş keçirəcək. “Axios” iki mənbəyə istinadən məlumatı təsdiqləyib. Məlumata görə, görüşdə…

    Azərin Türkiyədə əməliyyat olundu

    Xalq artisti Azərin Türkiyədə əməliyyat edilib. Bu barədə o, instaqram səhifəsində paylaşım edib. “Həyat bir imtahandır və hər birimiz bəlli zamanlarda bu imtahanlardan keçirik. Yaşadığım ciddi sağlamlıq problemlərinə görə çətin…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir