Ədalət Verdiyev: “Azərbaycan antiterror əməliyyatlarına başlaya bilər” – VİDEO

44 gün qəhrəmanca döyüşdük, bu qısa müddətdə torpaqlarımızı işğaldan azad elədik. Əfsanəvi bir zəfər qazandıq, Ermənistana kaputilyasiya aktını imzalatdıq. Ağladıq da, sevindik də. Bu məsələni bitirdik. Amma Ermənistan təxribatlarına son vermir. Son sutkada mövqelərimiz 9 dəfə atəşə tutulub. Azərbaycan ordusu təbii ki,  layiqli cavablarını verib. Ancaq mütəxəssislər daha genişmiqyaslı antiterror əməliyyatları üçün vaxtın yetişdiyi qənaətindədirlər.

Son vaxtlar ilk dəfə olaraq həm dövlət sərhədində, həm də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni hərbi birləşmələri tərəfindən bir sutka ərzində 9 dəfə təxribat törədilib.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, insidentlərdən 2-si Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Ordumuzun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutmaqla baş verib.

Digər 7 insident isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Tərtər, Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutmaqla qeydə alınıb. Hərbi məsələlər üzrə ekspert Ədalət Verdiyev deyir ki, Azərbaycan Ordusu bu cür geniş həcmdə təxribatlara qısa zamanda çox sərt reaksiya verəcək.

Hərbi ekspertin fikrincə, Azərbaycan ordusu genişmiqyaslı təxribatlara cavab olaraq daha geniş ərazidə cəzalandırma tədbirləri də görə bilər. Bunun üçün Azərbaycanın əlində çoxsaylı hüquqi əsaslar, eləcə də cəzalandırma tədbiri üçün güclü hərbi potensial mövcuddur.

Son vaxtlar həm Ermənistan-Azərbaycan dövlət sərhədində, həm də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə baş verən təxribatların həcmi durmadan artır. Mütəxəssislərin gəldiyi ortaq qənaət bundan ibarətdir ki, Ermənistan üçtərəfli bəyanatın, eləcə də sonradan gəlinən ortaq razılıqların icra edilməməsi üçün bu cür addımlarla diqqəti başqa istiqamətlərə yönəldir. Məqsəd Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən yayınmaqdır.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır