Talış-Tapqaraqoyunlu-Qaşaltı yeni avtomobil yolunun tikintisi davam etdirilir (FOTO)

Talış-Tapqaraqoyunlu-Qaşaltı yeni avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.

Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin oktyabr ayının 3-də Tərtər rayonunda təməli qoyulan Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası (Naftalan şəhəri) yeni avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Yeni avtomobil yolu uzunluğu 22 kilometr təşkil etməklə 4 yaşayış məntəqəsini birləşdirəcək.

Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası (Naftalan şəhəri) yeni avtomobil yolunun 19 km-lik hissəsi II, 3 km-lik hissəsi isə IV texniki dərəcəyə uyğun inşa edilir. Müvafiq olaraq yolun layihə üzrə hərəkət hissəsinin eni 19 km-lik hissədə 9 metr, 3 km-lik hissədə isə 6 metr, torpaq yatağının eni 15 və 10 metr təşkil edəcək.

Aparılan tikinti işləri çərçivəsində artıq yolun ilk 9 km-lik hissəsində yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılıb, əks-dolğu işləri aparılmaqla yeni yol yatağı və yol əsası inşa edilib. Suların ötürülməsini təmin etmək məqsədi ilə müxtəlif diametrlərə malik yeni suötürücü boruların, düzbucaqlı keçidlərin inşası işləri icra olunub. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən daha sonra yola alt qat olmaqla yeni asfalt-beton örtüyü döşənib.

Hazırda yolun İncəçaydan sonra Qaşaltı Qaraqoyunlu kəndinə doğru, 9-22-ci km-lik hissədə sadalanan işlərin icrası davam etdirilir. Bu çərçivədə yeni yol yatağı inşa edilib, yol əsasının tikintisi isa davam etdirilərək yeni asfalt-beton örtüyünün döşənməsinə hazırlıqlar görülür.

Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası (Naftalan şəhəri) yeni avtomobil yolunun inşası layihəsi çərçivəsində İncəçay üzərində 84 metr uzunluğa malik avtomobil körpüsünün tikintisi davam etdirilir. Körpü 3 aşırımlı olmaqla inşa edilir və eni 14.5 metr təşkil edəcək.
Artıq ərazidə qazma və svay bərkitmə işləri icra olunub, körpünün bünövrə və dayaqları inşa edilib. Hazırda körpünün aşırım tirlərinin quraşdırılmasına hazırlıq işləri görülür. Körpü qüvvədə olan normativ yüklərə görə, 9 bal seysmikliyi nəzərə alınmaqla inşa edilir.
Layihənin sonuncu mərhələsində zəruri olan ərazilərdə yol kənarlarında beton küvetlərin inşası, avtobus dayanacaqlarının, həmçinin avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə yol nişanı, km göstəricisi və məlumatverici lövhələrin quraşdırılması işləri aparılacaq.

Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası (Naftalan şəhəri) yeni avtomobil yolunun

inşasının 2022-ci ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.
Tərtər rayonunun Talış, Goranboy rayonunun Tapqaraqoyunlu və Qaşaltı Qaraqoyunlu kəndlərini keçməklə Naftalan şəhərinə doğru uzanan yeni yolun inşası yolboyu yerləşən yaşayış məntəqələrinin sakinlərinin rahat gediş-gəlişi ilə bərabər bölgənin sosial-iqtisadi inkişafına töhfə verəcək, həmçinin Tərtər şəhəri ilə yanaşı alternativ olaraq Naftalan şəhərindən də bu istiqamətdə rahat və təhlükəsiz hərəkəti təmin edəcəkdir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır