Tərtərdə silahlı insident olub

Tərtər rayonunda silahlı insident baş verib.

İki şəxs arasında əkin sahəsinin suvarılmasına görə mübahisə düşüb.

Rəsul Ağayev həmkəndlisi Namiq Hüseynova tüfənglə atəş açsa da, güllə onun avtomobilinə dəyib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı   bildirib ki, dünən saat 9 radələrində DİN-in “102” Zəng Mərkəzinə Tərtər rayonunun Əskipara kəndi ərazisində VAZ-2106 markalı avtomobilə tüfənglə atəş açılaraq ziyan vurulması barədə məlumat daxil olub:

“Məlumatla əlaqədar Tərtər Rayon Polis Şöbəsinin keçirdiyi tədbirlər nəticəsində hadisəni törədən Əskipara kənd sakini Rəsul Ağayev saxlanılıb. Ondan “Ayvaz” markalı ov silahı aşkar edilərək götürülüb. İlkin araşdırma zamanı R.Ağayev və N.Hüseynovla aralarında yaranmış mübahisə zamanı ona məxsus VAZ-2106 markalı avtomobilə atəş açdığı müəyyən edilib.

Faktla bağlı Tərtər RPŞ-də Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

 

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır