İran ermənilərin yolunu davam etdirərək tarixi saxtalaşdırır

“İran İslam Respublikası ənənəvi olaraq Azərbaycana qarşı qərəzli, qeyri-obyektiv, hətta bir sıra hallarda düşmən mövqedən çıxış edib, Azərbaycana qarşı məkirli planları olan, ərazilərimizə qarşı təcavüz siyasəti həyata keçirənlərlə eyni sırada qərarlaşıb. Bu günlərdə İranın ali dini liderinin sosial şəbəkə üzərindən paylaşdığı fikirlər də bunu bir daha təsdiqləyir”. “OLAYLAR” xəbər verir ki, bu fikirləri Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz ötən gün İranın ali dini liderinin tviter hesabından yaydığı açıqlamaya münasibət bildirərkən səsləndirib. Partiya sədri qeyd edib ki, Tehran hər zaman olduğu kimi yenə də səmimi qonşuluq münasibətləri və tarixi köklərə bağlılıq prinsiplərini pozaraq Azərbaycanla təhdid dilində danışır. Yunus Oğuzun sözlərinə görə, İranın ali dini liderinin İran-Ermənistan sərhədlərinin min illərə dayanan tarixinin olması iddiası da kökündən yalnışdır: “Bu həm də tarixi saxtalaşdırmaq cəhdidir. Necə ki, ermənilər uzun illərdir tarixi saxtalaşdırıb özlərinin qədimliyini sübuta yetirmək istəyir və nə qədər çalışsalar da buna nail ola bilmirlər, eyni ilə indi də İran ermənilərin yolunu davam etdirib tarixi saxtalaşdırmağa cəhd göstərir. İranın ali lideri, eləcə də bu ölkənin digər antiAzərbaycan meyilli rəsmiləri yaxşı bilirlər ki, erməni vilayəti 1828-ci ildə Rusiya ilə İran arasında imzalanan Türkmənçay müqaviləsinə əsasən Şimali Azərbaycanın Naxçıvan xanlığı və İrəvan xanlığı ərazisində yaradılıb. Sonradan bu ərazidə ermənilərin daha çoxluq təşkil etməsi üçün kütləvi şəkildə köçürülmə siyasəti həyata keçirilib. Ona görə də İranın Ermənistanla sərhədlərinin min illərə dayanan tarixinin olması iddiası kökündən absurddur”.
MVP sədri hesab edir ki, görünür İranın ali dini lideri üçün yaş öz sözünü deyir və onda bir qədər yaddaşsızlıq meydana çıxır: “Digər tərəfdən tarixdən də hər kəsə bəllidir ki, indiki Ermənistan ərazisi orta əsrlərdə Qafqaz Albaniyasına məxsus ərazilər olub. Yəni, İran-Ermənistan sərhədinin min illərə dayanan bağlılığının olmasını iddia etmək ya tarixi bilməmək, ya da onu saxtalaşdırmaqdan irəli gəlir. Bəli, iki ölkə arasındakı sərhəddəki daşların, dağların, dərələrin ali dini liderin dediyi kimi min illərlə yaşı ola bilər. Ancaq onun nə İran, nə də Ermənistan əlaqələrinə heç bir bağlılığının olmadığı cənub qonşumuzda hər kəsə bəllidir”.
Yunus Oğuz onu da diqqətə çatdırıb ki, müntəzəm olaraq İrandan bu kimi təxribatçı açıqlamaların verilməsi Azərbaycanı sevməməkdən, onun uğurlarını qısqanmaqdan, regionda güclü Azərbaycan dövlətinin mövcudluğunu qəbul etməməkdən irəli gəlir: “Bu düşmən münasibəti 44 günlük Vətən müharibəsi zamanı açıq-aşkar gördük. İran ciddi cəhdlə Azərbaycanın öz ərazilərini işğaldan azad etməsinə qarşı çıxıdı. Bu məqsədlə hətta işğalçı Ermənistanı silahlandırmaqdan belə çəkinmədi. Günlərlə İrandan iritonnajlı maşınlarla Ermənistana silah-sursat daşındı. Eyni zamanda müharibədən dərhal sonra Azərbaycanla sərhədə qoşun toplayaraq Bakını təhdid etdi. Bir sözlə İran Azərbaycanı inkişafdan saxlamaq, onun güclənməsinə mane olmaq, eyni zamanda Cənubi Qafqazda yenidən gərginliyin artması və yeni  bir savaşın çıxması üçün əlindən gələni əsirgəmir”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır