TikTok-da azyaşlı istifadəçilər üçün müəyyən QADAĞALAR

TikTok platforması gənc nəsil arasında böyük məşhurluğa sahibdir. Lakin sözügedən platformada bəzən elə trendlər ortaya çıxır ki, onların digərləri tərəfindən təkrarlanması bəzi hallarda bədbəxt hadisələrə gətirib çıxardır.

Buna görə də TikTok tərtibatçıları azyaşlı istifadəçilərin bəzi kontentlərə keçidlərini məhdudlaşdırmaq qərarına gəliblər. Bu problemi aradan qaldırmaq üçün TikTok tərtibatçıları öz platformalarına səviyyələr əlavə edəcəklər. Məşhur platformanın rəsmi bloqunda qeyd edilmiş məlumata əsasən yaxın həftələrdən başlayaraq platformanın azyaşlı istifadəçi kütləsi üçün çox qorxunc və gərgin ola biləcək qəliz və yetkin məzmunlu kontentlər 18 yaşdan aşağı istifadəçilər üçün bloklanacaq.

Bundan əlavə olaraq yaxın aylarda TikTok-a yeni funksiyalar əlavə ediləcək və həmin funksiyalar özlərində platformanın bütün istifadəçi kütləsi üçün kontentlərin daha detallı şəkildə filtrasiyası özəlliklərini birləşdirəcəklər. Məlumatda qeyd edilib ki, yaxın həftələr ərzində TikTok bütün istifadəçilər üçün xüsusi funksiyanı istifadəyə verməyi planlaşdırır. İstifadəyə veriləcək funksiyadan istifadə edərək istifadəçilər öz ana səhifələrində görmək istəmədikləri müəyyən mövzulu kontentlərin adlarındakı və ya hastag-lardakı sözləri qeyd edə biləcəklər. Bu öz növbəsində konkret kontentin izlənməsindən imtinanı reallaşdıracaq.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff İsrail və Qətər arasında münasibətlərin normallaşdırılması məqsədilə iki ölkənin nümayəndələri arasında Nyu-Yorkda gizli görüş keçirəcək. “Axios” iki mənbəyə istinadən məlumatı təsdiqləyib. Məlumata görə, görüşdə…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir