Ticarət mərkəzindən 2500 manatlıq ÜZÜK OĞURLANDI -FOTO

“Moskva” ticarət mərkəzində qızıl piştaxtalarından oğurluq edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, paytaxtın Nəsimi rayonunda yerləşən “Moskva” ticarət mərkəzində qızıl-zinət əşyalarının satıldığı mağazalardan birindən oğurluq edilib. Naməlum şəxs əvvəlcə qızıl almaq adı ilə dəyəri 2500 manat olan 1 ədəd üzüyü barmağına taxıb. Daha sonra o, satıcının başının qarışıq olmasında istifadə edib və qızılı oğurlayaraq hadisə yerindən yayınıb.

Ərazidə xidmət aparan Baş Mühafuizə İdarəsinin Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşlarına məlumat verilən kimi hadisəni törədən şəxs qısa zamanda saxlanılıb və ərazi üzrə 19-cu Polis Şöbəsinə təhvil verilib. Şöbədə araşdırma aparılan zaman oğurluq edən şəxsin əvvəllər məhkum edilmiş İlqar İmranov olduğu məlum olub. Onun üzərindən oğurladığı qızıl üzük aşkar edilərək götürülüb.

İlqar İmranovun oğurluq etməsi ticarət mərkəzinin təhlükəsizlik kameraları vasitəsi ilə də görüntülənib. Araşdırma zamanı onun Nərimanov rayonunda yerləşən qızıl-zinət əşyalarının satıldığı mağazalardan birindən də eyni üsulla 1 ədəd dəyəri 1000 manat olan qızıl üzük oğurladığı məlum olub.

Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbir nəticəsində “Moskva” ticarət mərkəzində baş verən daha bir oğurluq hadisəsini törədən şəxs qısa zamanda saxlanılıb.

Belə ki, qızıl piştaxtalarından birindən satıcının ani diqqətsizliyindən istifadə edərək 1 ədəd dəyəri 1300 manat olan brilliant üzüyü oğurlayan şəxs ərazidə xidmət aparan mühafizə polisləri tərəfindən saxlanılıb. Araşdırma zamanı onun əvvəllər də dəfələrlə oğurluq və digər cinayətlər etdiyi üçün məhkum edilmiş Ayaz Osmanov olduğu məlum olub. Onun üzərinə baxış zamanı oğurladığı üzük aşkar edilərək götürülüb.

İlqar İmranov və Ayaz Osmanovun digər cinayətlərdə əlinin olub-olmadığının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Azərin Türkiyədə əməliyyat olundu

    Xalq artisti Azərin Türkiyədə əməliyyat edilib. Bu barədə o, instaqram səhifəsində paylaşım edib. “Həyat bir imtahandır və hər birimiz bəlli zamanlarda bu imtahanlardan keçirik. Yaşadığım ciddi sağlamlıq problemlərinə görə çətin…

    Abbas Əraqçi Bakıya GƏLDİ

    İranın xarici işlər naziri Abbas Əraqçinin Azərbaycana səfəri başlayıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda diplomatı Azərbaycan Respublikasının İrandakı səfiri Əli Əlizadə və İranın Bakıdakı səfirliyinin əməkdaşları qarşılayıblar. DİQQƏT! Şikayət və təklifləriniz,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır