İsraildə rəssam Rami Meirin və ənənəvi Quba xalçaçılıq məktəbinin xalça kolleksiyası sərgilənir

“Xalça İncəsənət əsəri kimi: Sərhədlərdən uzaq. Zamansız ” sərgisi 2022-ci il iyulun 13-də Təl-Əvivdəki Herbert Samuel dokunda ziyarətçilərin ixtiyarına verilib.

Ekspozisiya Azərbaycan Turizm Bürosunun İsraildəki nümayəndəliyi və “Azərxalça” ASC tərəfindən təşkil olunub.

Layihə dünya incəsənətinin ayrılmaz parçası Azərbaycan mədəniyyəti, adət-ənənələri və sənətkarlığının, eləcə də dövlətdə uzun əsrlər boyu sülh şəraitində mövcud olan İsrail irsinin unikallığına həsr olunub.

Təşkilatçılar tərəfindən dəvət olunan dağ-yəhudi əsilli İsrail rəssamı Rami Meirin (Rəhəmim Migirov) yaradıcılığı izləyənləri ölkənin xarakteri və rəngləri ilə tanış etməyə kömək edəcək.

Ekspozisiyada İudaikaya həsr olunmuş silsilə rəsm əsərləri, “Rami Meir Art” və “Azərxalça” ASC-nin birgə əməkdaşlığı ilə Meirin rəsmlərinin süjetləri əsasında yaradılmış xalça pannoları nümayiş etdirilir. Bundan əlavə, mərkəzdə “Azərxalça” ASC-də toxunmuş ənənəvi Quba xalçaçılıq məktəbinə aid xalça kolleksiyası da sənətsevərlərin diqqətinə təqdim olunur.

“Meir kimi məhşur sənətkarı İsraildə qəbul etməkdən çox şadıq. İrs, adət-ənənələr və mədəniyyət, eləcə də orijinal incəsənət turistləri hər zaman cəlb edən əsas amillərdəndir və Azərbaycan sadaladıqlarımın hər biri ilə zəngindir. Biz xüsusilə Rami Meirin təsirli yaradıcılığı ilə yanaşı, yəhudi irsinə və onun Azərbaycandakı köklərinə diqqəti cəlb etməyi hədəfləyirik”, – deyə ATB-nin İsraildəki nümayəndəsinin direktoru Cəmilə Talıbzadə sərginin açılışı zamanı bildirib.

Xatırladaq ki, Rami Bakıda anadan olub. Bakının yeri onun qəlbində daim özəldir. Onun bütün yaradıcılıq layihələrinin özəlliyi isə mənəvi dolğunluq, yəhudi xalqının müqəddəs kitablarının müdrikliyi, fəlsəfəsi və biliyinin əksidir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir