Qaz kartlarında pullar yoxa çıxır-PROBLEM

Baku.ws-yə müraciət edən sakinlər “Azəriqaz”ın smartkartına ödəniş etdiklərini və pulun sonradan kartdan silindiyini bildirirlər.

“Qazın kartına 20 manat vurmuşdum. Ancaq evə gəldim sayğaca kartı taxdıqdan sonra 10 manat balans göstərildi. “PayPoint”də yüklədiyim pulun yarısı kartdan silindi”, – deyə sakin redaksiyamıza bildirib.

Eyni şikayətlə bir neçə sakin də redaksiyamıza müraciət edib. ASAN Kommunal xidmətlərində də bu vəziyyətlə üzləşənlərin sayı az deyil.

Qeyd edək ki, karta ödənilən məbləğin 50%-nin silinməsi Tarif Şurasının təbii qaz və elektrik enerjisi ödənişləri üçün tətbi etdiyi differensiallaşmış tarif ilə bağlıdır. “Təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək (170 AZN) olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib”.

Məsələn, siz illik ayrılan 170 manatlıq qaz limitini 3-4 ay ərzində keçdiniz. Bundan sonra yüklədiyiniz hər 10 manatın 5 manatı (50%) karta yüklənəcək.

Limiti keçən vətəndaşlar differensiallaşmış tarifə uyğun olaraq qaz sərfiyyatına əvvəlkindən daha çox ödəməli olacaq.

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir