“Yeni Müsavat”dan Azər Ayxanın istefası ilə bağlı ilk AÇIQLAMA

“Yeni Müsavat” qəzetinin baş redaktoru Azər Ayxan istefa verib.

Bu haqda “Yeni Müsavat” Media Qrupunun baş direktoru Ələsgər Süleymanov sosial şəbəkədəki açıqlamasında bildirib:
“”Yeni Müsavat” qəzetinin baş redaktoru Azər Ayxanın Media Qrupu ilə yollarını ayırması barədə bəyanatı bizlər üçün də gözlənilməz və çox üzüntülü xəbər oldu. Azər Ayxan “Yeni Müsavat”ın əsas simalarından biri, onun yolunda 30 il çalışan qardaşımız, vazkeçilməz imzamızdır. Müəyyən məsələlərdə fikir ayrılığı, fərqli baxışların olması normal haldır və bunlar danışıqlar vasitəsilə ümumi ortaq fikrə gəlinməsinə, nəticədə ən doğru qərarların qəbul olunmasına xidmət etməlidir. “Yeni Müsavat” Media Qrupunun kollektivi hələ də ümid edir ki, irəliləyən zamanlarda bu məsələ müsbət həllini tapacaq, Azər Ayxan bir müddət sonra da olsa, qəzetə geri dönəcək. O zamana, ya da məsələ ilə bağlı bütün cəhdlər nəticə verməyənə qədər Media Qrupdan rəsmi açıqlama olmayacaq. Əziz həmkarlarımızı səbrli olmağa, bu mövzuda spekulyasiyalara yol verməməyə çağırırıq”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

 

 

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır