ARB Zaurla bağlı xəbərdarlığı TƏKZİB ETDİ

Aparıcı Zaur Kamalın ARB telekanalında yayımlanan “Həmin Zaur” verilişində müğənni Afşin Azərinin efirdən çıxarılması günlərdir ictimaiyyət arasında müzakirə mövzusuna çevrilib. İnsanların əksəriyyəti hərəkətinə görə Zaur Kamalı kəskin tənqid edib. Audiovizual Şura məsələ ilə əlaqədar ARB kanalına xəbərdarlıq etdiyini açıqlayıb.

 

Xəbərdarlıqla bağlı ARB telekanalının mövqeyini öyrənməyə çalışdıq.

 

Telekanalın mətbuat katibi Mail Əsgərov xəbərdarlıq faktını təkzib etdi.

 

“Məsələ ilə bağlı hələki bir yenilik yoxdur. Qaldı ki, xəbərdarlıq edilməsinə, elə bir şey barədə mənim məlumatım yoxdur. Hər halda telekanala xəbərdarlıq edilsəydi, birinci mənim xəbərim olardı. Ancaq yenə də deyirəm, məlumat xarakterli nəsə olsa, mətbuata bildiriləcək”, – ARB rəsmisi bildirib.

 

Qeyd edək ki, bundan əvvəl Audivizual Şuranın Aparat rəhbəri Fazil Novruzov veriliş zamanı hər hansı qanun pozuntusu olmadığını vurğulamışdı.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır