Bakıda minlərlə sərnişin tıxacda qalıb

Bu gün səhər pik saatlarında paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyat sıxlıqları və tıxac müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, tıxac səbəbindən müntəzəm marşrut xətləri üzrə avtobuslararası intervallarda ləngimələr var. Vahid Dispetçer Xidmətinin məlumatına əsasən şəhər mərkəzi və ətraf qəsəbələri əhatə edən 13 əsas istiqamət üzrə müşahidə olunan nəqliyyat sıxlığı və tıxac səbəbindən 69 müntəzəm marşrut xətti üzrə 111 avtobusun hərəkət intervalından gecikmələr var.

1. Heydər Əliyev prospekti şəhər istiqamətində 1, 2, 38 və M8 saylı marşrut xətlərindəki avtobuslararası intervallarda 10-14 dəqiqə gecikmə müşahidə olunur.

2. Bakı-Sumqayıt şossesində-şəhər istiqamətində, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından 20 Yanvar dairəsi istiqamətində Moskva prospektində 2, 7A, 13, 14, 18, 96, 114A, 114B, 119 və 135 saylı marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə 12-20 dəqiqədir.

3. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə – köməkçi yolda da 20 Yanvar dairəsi istiqamətində nəqliyyat sıxlığı səbəbindən 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 saylı marşrut xətlərindəki avtobuslararası intervallarda 7-13 dəqiqə gecikmə var.

4. Zabrat Şosesi – Maştağa istiqamətində 40, 131, 163, 216, 217 və M8 saylı marşrut xətlərindəki avtobuslar 8-12 dəqiqə gecikmə ilə hərəkət edir.

5. Abdulvahab Salamzadə küçəsi-Ziya Bünyadov prospekti istiqamətində 7A, 7B, 61, 67, 83, 199 və 211 saylı marşrut xətlərindəki avtobuslararası intervallarda 10-14 dəqiqəyə gecikmə müşahidə olunur.

6. Yavər Əliyev küçəsi Aeroport şosesi istiqamətində 35, 40, 49, 76, 113 və 208 saylı marşrut xətlərindəki avtobuslararası intervallarda 5-8 dəqiqə qeydə alınıb.

7. Akademik Həsən Əliyev küçəsi-hər iki istiqamətdə 6, 13, 61 və 83 saylı marşrut xətlərindəki avtobuslararası intervallarda 8-11 dəqiqə gecikmə var.

8. Koroğlu Rəhimov küçəsi-hər iki istiqamətində 13 saylı marşrut xəttində interval11-14 dəqiqə gecikir.

9. Dilarə Əliyeva küçəsi – hər iki  istiqamətində 1, 2, 4, 14, 21, 30, 32, 40, 46, 88A və 175 saylı marşrut xətlərindəki avtobuslararası intervallarda 5-8 dəqiqəyə ləngimə var.

10. 28 May küçəsinin, Yusif Səfərov küçəsi ilə kəsişməsindən başlayaraq, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər müşahidə olunan nəqliyyat sıxlığı ilə əlaqədar 1, 2, 4, 5, 21, 30, 32, 46,  88, 125, 127, 175  N-li saylı xətləri üzrə avtobuslararası intervallarda 6-8 dəqiqə gecikmə müşahidə olunur.

11. Azadlıq prospekti 28 May m/s istiqamətində 4, 85 və 88 saylı marşrut xətlərindəki avtobuslar 6-9 dəqiqə gecikir.

12. Tbilisi prospekti – 20 yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 saylı marşrut xətlərindəki avtobuslararası intervallarda 5-13   dəqiqə gecikmə müşahidə olunur.

13. Binəqədi şosesi – Binəqədi istiqamətində 71, 79, 133, 165, 179 və 202 saylı marşrut xətlərindəki avtobuslararası intervallarda 10-18 dəqiqə gecikmə var.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır