Aktyorumuz Belarusda “Buz Sarayı”nın 7 min nəfərlik tamaşaçı salonunu ayağa qaldırdı – VİDEO + FOTO

Belarus​ Respublikasında “Dostluq çələngi” festivalı çərçivəsində “Buz Sarayı”nda keçirilən təntənəli açılış mərasimində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru, Əməkdar artist Şövqi Hüseynov 7 min tamaşaçı tutumu olan səhnəyə çıxıb.

Ölməz Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasından Məşədi İbadın məşhur mahnısını ifa edən aktyoru hər kəs sürəkli alqışlarla qarşılayıb. Eyni zamanda səhnənin yuxarı hissəsində dörd tərəfdən quraşdırılan iri manitorlarda Azərbaycanın dilbər guşələrinin görüntüləri rəğbətlə qarşılanıb.

Elə bu kadrları Belorusda yaşayan Azərbaycan diasporunun ən fəal üzvlərindən biri olan Oleq Babayev çəkərək bizə göndərib və ürək sözlərini də belə ifadə edib: “Dünyanın harasında yaşamağımızdan asılı olmayaraq, qəlbimiz hər zaman Azərbaycanla döyünür… Azərbaycan sənətçisinin ifası və fonda görüntülənən Bakının mənzərəsi, Şuşa, Cıdır düzü, Qarabağın yeni çəkilmiş videokadrları bizə çox böyük qürur hissi yaşatdı və bu möhtəşəm zalda nümayişi elə bil ki, dünyanı bizə bağışladı. Sanki Zəfər günlərini bir daha təkrar yaşadıq. Biz o günlərdə də belə fərəh hissi keçirmişdik…

Qeyd edim ki, konsertdə Ermənistan sənətçiləri də yer almışdı və təbii ki, zalda onların da nümayəndələri vardı. Sağ olsun Azərbaycan sənətçiləri, incəsənət xadimləri, Akademik Musiqili Teatrın kollektivi ki bax belə bir yüksək səviyyəli çıxışla bizə  bütün millətlər arasında şərəf verdilər”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır