Maşınlar burdan keçərkən enerji toplayacaq

Fiat, Chrysler, Dodge, Jeep, Opel, Peugeot, Maserati və s. brendlərin sahibi olan Stellantis şirkəti özünün yol örtüyünə inteqrasiya edilə bilən dinamik naqilsiz şarj texnologiyasını (DWTP) uğurla test edib. Belə ki, elektromobillər üçün nəzərdə tutulmuş sözügedən texnologiyanın test olunması üçün şirkət xüsusi test yolunu inşa edib.

Elektromobillər sözügedən yol ilə hərəkət edən zaman daimi şarj prosesində olacaqlar. Şirkət mühəndisləri dairəvi yolun bir hissəsinin altına yastı induksiya bobinləri yerləşdiriblər və daha sonra onları elektrik şəbəkəsinə qoşublar. Daha sonra isə həmin induksiya bobinlərinin üzərlərinə yenidən asfalt çəkiblər.

İnduksiya bobinlərinin aktivləşdirilməsindən sonra xüsusi qəbulediciyə sahib elektromobillər həmin yol üzərində hərəkət zamanı enerji əldə edə biliblər. Stellantis şirkətinin verdiyi məlumata əsasən effektivliyinə görə DWTP texnologiyası sürətl şarj stansiyasına bənzəyir. Bu texnologiyanın əsasında istifadə edilən maqnit sahələri isə sürücülərə, sərnişinlərə və piyadalara heç bir mənfi təsir göstərmir. Məlumatda qeyd edilib ki, DWTP texnologiyası nisbətən daha nazik və kompakt naqillərdən istifadə edə və bərpa olunan enerji mənbələrinə birbaşa qoşula bilər. Del Futuro adlı xüsusi test yolunun uzunluğu 1050 metr təşkil edir. Bu test yolu bir sıra perspektivli nəqliyyat texnologiyasının testi üçün inşa edilib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

Yeni yollar  – Maşınlar burdan keçərkən enerji toplayacaq

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır