Güləş üzrə U-15 Azərbaycan çempionatının ilk gününün qalibləri müəyyənləşib

Şağan Olimpiya İdman Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə ilk U-15 Azərbaycan çempionatı keçirilir.

Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunan birinciliyin ilk günündə 38, 44, 52, 62 və 75 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizə aparıblar.

Çempionatın açılış mərasimində çıxış edən Milli Olimpiya Komitəsinin İdman şöbəsinin əməkdaşı İntiqam Səfərov MOK-un 30 illik fəaliyyəti dövründə idmanda qazanılan uğurlardan danışıb. Öz növbəsində yarış iştirakçılarına uğurlar arzulayan Azərbaycan Güləş Federasiyasının baş katibi Nəsimi Musayev çempionatı açıq elan edib.

Daha sonra 5 çəki üzrə həlledici qarşılaşmalar keçirilib. Yarışda Məhərrəm Rzayev (38 kq), Muhamməd İsmayılov (44 kq), Hüseyn Hüseynov (52 kq), Məhəmməd Abbaszadə (62 kq) və Şeyxəli Babazadə (75 kq) qızıl medal qazanıblar.

İlk 3 yeri tutan güləşçilər Güləş Federasiyasının medalları, Gənclər və İdman Nazirliyinin diplomları ilə təltif ediliblər. Bundan başqa, çempionlara MOK-un xüsusi hədiyyələri təqdim olunub.

Qeyd edək ki, iyunun 8-də sərbəst güləş üzrə digər 5 çəkidə qaliblər müəyyənləşəcək.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

 

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır