Telefonlar üçün vahid adapter tətbiq edilir

Avropa İttifaqına üzv ölkələr və Avropa Parlamenti bütün kiçik və orta ölçülü elektron avadanlıqlar üçün vahid adapter tətbiqi ilə bağlı razılığa gəlib.

Qaydaya görə bütün rəqəmli fotokameralar, mobil telefonlar, planşetlər, qulaqcıqlar və oyun konsolları C tipli USB ilə təchiz edilməlidir. İstehsalçılara yeni qaydaya  uyğunlaşmaq üçün 2024-cü ilin payızınadək vaxt verilib. Noutbuk istehsalçıları üçün müddət daha çox – 40 ay müəyyən edilib.
Yeni qaydanın tətbiqində məqsəd istehlakçı hüquqlarının müdafiəsi ilə yanaşı elektron tullantıların həcmini azaltmaqdır.  İstehlakçı hüquqlarının müdafiəçilərinin fikrincə insanların özü ilə çoxsaylı adapter daşıması tarixə qovuşmalıdır. “Apple” şirkəti uzun müddət müqavimət göstərsə də, sonda vahid adapter tələbi ilə razılaşıb.

Avropa Parlamentinin hesabatında deyilir: “Yeni qaydalar avropalı istehlakçıların ildə 250 milyon avroya qənaət etməsinə imkan verəcək. Avropada hər il 11 min tonadək adapter istifadə olunmadığı üçün atılır və elektronik tullantıya çevrilir”.

Avropa İttifaqı növbəti mərhələdə naqilsiz adapterlərlə bağlı da  oxşar addım atmaq niyyətindədir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff İsrail və Qətər arasında münasibətlərin normallaşdırılması məqsədilə iki ölkənin nümayəndələri arasında Nyu-Yorkda gizli görüş keçirəcək. “Axios” iki mənbəyə istinadən məlumatı təsdiqləyib. Məlumata görə, görüşdə…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir