Sədaqət Vəliyeva: Azərbaycanda nümunəvi xarici siyasət həyata keçirilir

Bu gün dünyada baş verən qeyri-sabit və mənfi proseslərə baxmayaraq, Azərbaycanda hər bir sahədə dinamik inkişaf müşahidə olunmaqla yanaşı, müstəqil, çoxşaxəli və milli maraqlarımızın qorunmasına hesablanmış xarici siyasət kursu həyata keçirilir. Azərbaycan dövləti tərəfindən bir sıra dünya miqyaslı enerji layihələri icra olunur, dünya dövlətləri ilə əməkdaşlıq daha da genişləndirilir, ölkələrarası səfərlər və görüşlər həyata keçirilir.

Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-a səfər edib:
“Dünyanın supergüc dövlətlərindən olan ABŞ-a  edilmiş bu səfər ölkəmizin dünya miqyasındakı mövqeyinin və beynəlxalq aləmdə güclü tərəfdaş kimi qəbul edilməsinin göstəricisidir. Səfər çərçivəsində Hikmət Hacıyev bir sıra ABŞ rəsmiləri ilə görüşlər keçirdi. Keçirilmiş bu görüşlər regional məsələlərlə bağlı və Azərbaycan-ABŞ tərəfdaşlığının inkşafı baxımından xeyli səmərəli oldu”.Bu gün Azərbaycanda nümunəvi xarici siyasət həyata keçirilir. Bunun da nəticəsidir ki, ölkəmiz bir sıra dünya miqyaslı layihələri icra edir, böyük əhəmiyyətli tədbirlərə ev sahibliyi edir, dünya dövlətləri ilə əlaqələri daha da möhkəmləndirir, müttəfiqlik münasibətləri qurur – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Bütün bunlar ölkə başçısı, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik xarici siyasətin nəticəsidir:
“Azərbaycanın maraqlarının təmin olunduğu və sülhə, sabitliyə, tərəqqiyə hesablanmış bu siyasət ölkəmizin gələcək inkşafının təminatıdır”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff İsrail və Qətər arasında münasibətlərin normallaşdırılması məqsədilə iki ölkənin nümayəndələri arasında Nyu-Yorkda gizli görüş keçirəcək. “Axios” iki mənbəyə istinadən məlumatı təsdiqləyib. Məlumata görə, görüşdə…

    Azərin Türkiyədə əməliyyat olundu

    Xalq artisti Azərin Türkiyədə əməliyyat edilib. Bu barədə o, instaqram səhifəsində paylaşım edib. “Həyat bir imtahandır və hər birimiz bəlli zamanlarda bu imtahanlardan keçirik. Yaşadığım ciddi sağlamlıq problemlərinə görə çətin…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir